Müxalif mətbuatda iyrənc yazıları Ramiz Mehdiyev sifariş edib DEPUTAT | Icma.az
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanəti, satqınlıq etməsi artıq bir müddətdir ki, ölkə gündəminin əsas mövzusuna çevrilib.
Xəyanət məsələsi getdikcə dərinləşməkdə, həbs dalğasına start verilməkdədir.
Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barəsində cinayət işi üzrə qərar qəbul edib.
Qərara əsasən, xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Modern.az-a danışan Milli Məclisin deputatı Səyyad Aran bildirib ki, Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə həbs edilməsi Azərbaycan xalqı üçün o qədər də təəccüblü olmadı.
“Ona görə ki, dövlətinə xəyanət etməkdən çəkinməyən bu xəyanətkarın intriqalarla dolu karyerasının təməlində məhz bu əməllər dayanır.
O vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə varlanıb, Azərbaycanın dövlət maraqlarını ömrü boyu köləsi olduğu imperiyaya qurban verib.
Tam oxu
Xəbəri oxu