Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Müxalif mətbuatda iyrənc yazıları Ramiz Mehdiyev sifariş edib DEPUTAT

Müxalif mətbuatda iyrənc yazıları Ramiz Mehdiyev sifariş edib DEPUTAT

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanəti, satqınlıq etməsi artıq bir müddətdir ki, ölkə gündəminin əsas mövzusuna çevrilib. Xəyanət məsələsi getdikcə dərinləşməkdə, həbs dalğasına start verilməkdədir. 

Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barəsində cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Modern.az-a danışan Milli Məclisin deputatı Səyyad Aran bildirib ki, Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə həbs edilməsi Azərbaycan xalqı üçün o qədər də təəccüblü olmadı. 

“Ona görə ki, dövlətinə xəyanət etməkdən çəkinməyən bu xəyanətkarın intriqalarla dolu karyerasının təməlində məhz bu əməllər dayanır. O vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə varlanıb, Azərbaycanın dövlət maraqlarını ömrü boyu köləsi olduğu imperiyaya qurban verib. Ramiz Mehdiyevin bütün karyerası – siyasi və ictimai fəaliyyəti, tərcümeyi-halı kölə psixologiyası ilə keçmiş imperiyanın xiffətini çəkməklə keçib.

Keçmiş imperiyada karyera yüksəlişi əldə edən Mehdiyev bolşevik təfəkküründən də heç vaxt xilas ola bilmədi. Onun karyera pillələrini dırmaşmasında şəxsi keyfiyyətləri, yaxud bacarıqları deyil, intriqaları rol oynamışdı. İntriqalar ustası kimi tanınan bu şəxsin gerçək siması Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra daha aydın şəkildə ortaya çıxdı. O öz çirkin məqsədinə nail olmaq üçün onu vəzifəyə gətirən Ulu Öndər Heydər Əliyevə də xəyanətlər edib.

Yaxın keçmişə nəzər salaq. 1990-cı illərin ən ağır günləri. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını və ölkəni xilas etməsini istəyirdi. Bu milli tələbdən narahat olan Moskva və Bakıdakı əlaltıları Heydər Əliyevə qarşı kampaniya aparmağa başladı. Bu kampaniyanın əsas iştirakçılarından biri də məhz Ramiz Mehdiyev olub. Vəzirovun təşkil etdiyi Büro iclaslarında Mehdiyevin Heydər Əliyevin əleyhinə etdiyi çıxışları şahidlər yaxşı xatırlayır. Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışının önünü kəsmək üçün ortaya atılan 65 yaş həddi məsələsində də Ramiz Mehdiyev Mütəllibovçu kimi davrandı. Ulu Öndərin tərəfdarları 65 yaş həddinin aradan qaldırılması məsələsinə dəstək verməsi üçün Mehdiyevə müraciət edəndə o, prosesə qoşulmaqdan imtina etdi”.

Deputat bildirib ki, Mehdiyevin qaranlıq keçmişində belə hallar yetərincədir:

“Lakin hər şey bununla da bitmir. Bir tərəfdən Heydər Əliyevin əleyhinə olan proseslərə bu və ya digər formada dəstək verən Mehdiyev, digər tərəfdən Ulu Öndərin komandasına daxil ola bilmək üçün dəridən-qabıqdan çıxırdı. Çünki məqsəd hakimiyyətdə təmsil olunmaq idi və buna nail olmaq üçün sözün gerçək mənasında buqələmunluq edirdi. Ümummilli Lider hakimiyyətə qayıdandan sonra Mehdiyevin vəzifəyə təyinatında da iki amil rol oynamışdı: Gerçək niyyətini gizlədə biləcək qədər peşəkar olan siyasi buqələmunluğu və köləsi olduğu Rusiyanın müstəqilliyini yenicə bərpa etmiş, dağılmaq təhlükəsindən xilas olsa da, zəif olan Azərbaycana təzyiqi. Bakıda oturan və imperiya təfəkküründən xilas ola bilməyən Mehdiyev Moskvaya işləyirdi. Bu fakt onun vəzifədə olduğu dövrlərdə zaman-zaman açıq mənbələrdə tirajlanıb. 

Prezident İlham Əliyev Azərbaycanın siyasi tarixinin dəyərlərinə, ənənələrə, siyasi irsə dərin ehtiram göstərən dövlət adamıdır. O, müstəqillik tariximizdə dövlətin və xalqın maraqları uğrunda cəsarətlə mübarizə aparan ictimai-siyasi xadimlərin, nüfuzlu şəxsiyyətlərin, habelə ağır, mürəkkəb bir dövrdə Azərbaycanın dövlət müstəqilliyinin bərpası və sonrakı mərhələdə ölkənin inkişafının təmin edilməsində misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin komandasında təmsil olunmuş şəxslərə də həmişə hörmətlə yanaşıb.

İlham Əliyev Ulu Öndərin komandasının üzvlərinin böyük bir qismi ilə siyasi hakimiyyətini davam etdirib, onların uzun illər iqtidarda təmsil olunmasına şərait yaradıb. Zamanı çatanda isə bu şəxslər yüksək dövlət təltifləri ilə mükafatlandırılaraq, hörmətlə təqaüdə yola salınıblar. Ramiz Mehdiyev də belələrindən idi. O vəzifədən çox hörmətli şəkildə yola salınmış, “Heydər Əliyev” ordeni ilə təltif olunmuşdu. Lakin zaman hər şeyi, onun necə nankor biri olmasını göstərdi. Sən demə o hakimiyyəti ələ keçirmək, Azərbaycanın prezidenti olmaq iddiasında imiş. 

Yadınıza düşürsə, 2013-cü ildə bəzi çürük qüvvələr Azərbaycanda dövlət çevrilişinə cəhd planlamışdılar. Həmin vaxt Rusiyada "Milyarderlər ittifaqı" quruldu, azərbaycanlı iş adamları bu ittifaqa cəlb edildi, onların Azərbaycanın siyasi müxalifəti ilə əlaqələri formalaşdırıldı. Bu prosesdən bir qədər əvvəl “Ziyalılar Forumu” yaradılsa da, az sonra orda toplaşan ziyalılardan bəziləri məsələnin mahiyyətini anladılar. Ziyalılar Forumunun bəzi üzvlərinin siyasi bəyanatlar səsləndirməsi digərlərinin bu klubdan uzaqlaşmasına səbəb oldu. Bunun ardınca isə həmin “ziyalılardan” bir qisminin və radikal müxalifətin toplaşdığı “Milli Şura” adlı rusiyapərəst birlik formalaşdı. Prezident seçkilərindən sonra bu şuranın Rusiya prezidentinə məktubu da mediada yayıldı. Həmin dövrdə bu planlar baş tutmadı, xalqımız şimaldan əsən avantüra küləyinə aldanmadı, siyasi dəllallara dəstək vermədi. Bütün bu avantüradan sonra, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər etdi. Həmin səfər çərçivəsində keçirilən müzakirələrlə bütün məsələlərə son qoyuldu".

Səyyad Aran əlavə edib ki, Mehdiyevin və onun yaxın ətrafının fəaliyyəti Azərbaycana çox ziyan vurub:

"Bütün siyasi karyerasını, siyasi varlığını Ulu Öndər Heydər Əliyevə borclu olan bu bürokrat hələ 1980-ci illərdə Ulu Öndərin Azərbaycandan Moskvaya getməsini və orda ermənilərin Azərbaycan üçün yaratdığı problemlərlə mübarizə aparmasını fürsət bilərək, ona yaxınlığı, sədaqəti ilə seçilən şəxsləri Bakıdan uzaqlaşdırıb, əyalətlərə göndərirdi.

Ramiz Mehdiyev həmişə kiçik intriqalardan, tələlərdən, dedi-qodudan, şantajdan və böhtandan istifadə edən məmur olub. O, özünün və şəbəkəsinin lazımlılığını göstərmək üçün daim radikal siyasi müxalifəti ayaqda saxlamağa çalışıb, Ulu Öndər və Prezident İlham Əliyev haqqında müxalifət mətbuatında iyrənc yazılar sifariş edib. Ramiz Mehdiyev müxalifətin 2003-cü ildən sonra dağılmış parçalarını zorla bir yerə toplayaraq, varlığına şərait yaradıb. Ramiz Mehdiyev özünün nəzarətində olan bu müxalifətçilərdən zaman-zaman “deputat”, media rəhbəri, QHT sədri hazırlamaqla, “iş görən”, müxalifəti zərərsizləşdirən” məmur obrazı formalaşdırıb.

Ramiz Mehdiyevin Azərbaycanda ən çox zərbə vurduğu sahələrdən biri də elm sahəsidir. Saxta yollarla akademik adına yiyələnən Ramiz Mehdiyev guya ötən illər ərzində onlarla kitab yazıb. Halbuki onun bu qədər kitab, hətta kiçik bir məqalə yazması üçün belə o başı yox idi. Mehdiyevin at oynatdığı dönəmlərdə bəziləri ona kitab, məqalə yazmaq üçün növbəyə durmuşdular. Mehdiyev 2019-cu ildə AMEA-nın prezidenti təyin olundu. Məhz bundan sonra Azərbayucan alimlərinin, ziyalılarının qara günləri başladı. Özündən razı, eqoist, savadsız, nankor, xəyanətkar Mehdiyev alimlərin ağ gününü qara etdi. Öz çirkin və murdar əməllərindən elm məbədində də əl çəkmədi. 

Çox təəssüf ki, 2019-cu ildən Akademiyanın prezidenti kimi fəaliyyətə başlayan Ramiz Mehdiyev bu müqəddəs elm məbədini siyasi intriqalar yuvasına çevirdi. Akademiya bu xəyanətkarın antimilli siyasətinin qurbanına çevrildi və elm adamlarının yaradıcılıq ruhuna ciddi xələl gəldi. Sanballı alimlərə, professorlara qarşı qarayaxma kampaniyası təşkil edən Mehdiyev onların fəaliyyətini demək olar ki, məhdulaşdırdı. Bu isə Azərbaycan elminin inkişafına öz mənfi təsirini gsötərirdi. O heç nədən çəkinmədən AMEA-nın bir çox elmi institutlarının rəhbərləri barəsində iftira və böhtan danışmaqla qazandığımız elmi nailiyyətlərə kölgə saldı.

Analitik təhlillər göstəriri ki, Ramiz Mehdiyev Rusiya kəşfiyyat dairələrinin və Moskva ideoloji mərkəzlərinin Azərbaycandakı ən etibarlı əlaqə nöqtəsi olub. O, 1995–2019-cu illər ərzində Prezident Administrasiyasına rəhbərlik etdiyi dönəmdə Rusiyanın təsirini legitim siyasi qərarların, kadr təyinatlarının və informasiya axınının içərisinə yerləşdirib. Siyasi və ekspert çevrələri uzun illər Mehdiyevi Rusiyanın Bakıda qurduğu “beşinci kolon”un rəhbəri kimi qiymətləndiriblər. Onun ətrafında toplanmış komanda — bəzi sabiq PA əməkdaşları, elmi və media fiqurları, hətta iqtisadi dairələrdəki şəxslər — Kremlin Azərbaycandakı maraqlarını qoruyub. İndi dövlətin iradəsi ilə başladılan istintaq bu şəbəkənin siyasi və maliyyə kanallarını araşdırır. İttihamların məzmunu göstərir ki, söhbət sadəcə fərdi davranışdan yox, koordinasiyalı və məqsədli təsir sistemindən gedir. Ramiz Mehdiyevin istintaqa cəlb olunması Rusiya–Azərbaycan münasibətlərində nisbi istiləşmə dövrünə təsadüf edir. Düşənbədə keçirilən Putin–Əliyev görüşü sonrası Moskva və Bakı arasında müəyyən diplomatik mülayimlik müşahidə olunsa da, bu addım göstərir ki, Azərbaycan artıq öz daxili siyasətində Rusiya təsirinə güzəşt etmir.

Əksinə, Prezident İlham Əliyevin məqsədi aydındır: münasibətlərin normalizasiyası Azərbaycan suverenliyinin hesabına olmamalıdır. Ramiz Mehdiyev və onun şəbəkəsinə qarşı başlanan əməliyyat bu siyasətin tərkib hissəsidir — yəni dostluq münasibəti bərabərlik üzərində qurulmalıdır, Kremlə sədaqət üzərində yox. İndi bütün diqqət Ramiz Mehdiyevin komandasında yer almış şəxslərə yönəlib. İstintaq mərhələli şəkildə aparılır və Mehdiyev işi digər həbslərin başlanğıcı ola bilər. Azərbaycan artıq təkcə ərazi bütövlüyünü deyil, daxili suverenliyini də qoruyur.

Prezident İlham Əliyev daxili dayaqları – qərarverici, ideoloji və informasiya mərkəzlərini tam nəzarət altına alır, xarici təsirləri dövlət sistemindən çıxarır. Ramiz Mehdiyevin həbsi bu istiqamətdə başlanğıcdır, son deyil. Onun işi, çox güman ki, digər şəxslərin məsuliyyətə cəlb edilməsi ilə davam edəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Dekabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see216

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see178

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see137

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri