Müxalifət liderləri Əvəz Zeynallının azadlığa buraxılmasını alqışlayıb

25.04.2025

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, səhhətində yaranmış ağır xəstəlik səbəbiylə tanınmış jurnalist Əvəz Zeynallı cəzasının çəkilməmiş hissəsindən azad edilib. 

Gununsesi.info-nun xəbərinə görə, Müsavat Partiyasının başqanı İsa Qəmbər Əvəz Zeynallının həbsdən azad edilməsini alqışlayıb

Əvəz Zeynalli azad edildi.
Ağır xəstələnən Əvəz bəyin həbsdən buraxılması yeganə düzgün qərardır.
Bu düzgün addımları davam etdirmək, Tofiq Yaqublunu və bütün digər siyasi məhbusları azad etmək lazımdır” deyə İsa Qəmbər bildirib.

AXCP sədri Əli Kərimli də jurnalistin azadlığa buraxılmasını təqdir edib.

Nəhayət ki, azad etdilər Əvəz bəyi. Allah çəkdiyi əziyyətləri nəzərə alıb, şəfasını versin. İndi heç olmasa vaxt itirmədən xaricdə müalicəsinə şərait yaratsınlar”.

Afət Abbasova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью