Müxalifət liderləri Əvəz Zeynallının azadlığa buraxılmasını alqışlayıb
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, səhhətində yaranmış ağır xəstəlik səbəbiylə tanınmış jurnalist Əvəz Zeynallı cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Gununsesi.info-nun xəbərinə görə, Müsavat Partiyasının başqanı İsa Qəmbər Əvəz Zeynallının həbsdən azad edilməsini alqışlayıb
“Əvəz Zeynalli azad edildi.
Ağır xəstələnən Əvəz bəyin həbsdən buraxılması yeganə düzgün qərardır.
Bu düzgün addımları davam etdirmək, Tofiq Yaqublunu və bütün digər siyasi məhbusları azad etmək lazımdır” deyə İsa Qəmbər bildirib.
AXCP sədri Əli Kərimli də jurnalistin azadlığa buraxılmasını təqdir edib.
“Nəhayət ki, azad etdilər Əvəz bəyi. Allah çəkdiyi əziyyətləri nəzərə alıb, şəfasını versin. İndi heç olmasa vaxt itirmədən xaricdə müalicəsinə şərait yaratsınlar”.
Afət Abbasova
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 25 Aprel 2025 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















