Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
34 ildir hakimiyyətdə olan Cənubi Qərbi Afrika Xalq Təşkilatının (SWAPO) namizədi Nandi-Ndaitva ölkənin ilk qadın prezidenti seçilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Namibiya Seçki Komissiyası (NEC) məlumat yayıb.
Bildirilib ki, ilkin nəticələrə əsasən, Nandi-Ndaitva 57,6 faiz səs toplayıb: "Hazırkı vitse-prezident Nandi-Ndaitvah bununla Namibiyanın ilk qadın prezidenti ünvanına sahiblənib".
Xəbərdə deyilir ki, Nandi-Ndaitvanın ən yaxın rəqibi, Dəyişiklik Uğrunda Müstəqil Vətənpərvərlər (IPC) partiyasının namizədi Panduleni Itula 26 faiz, əsas müxalifət partiyası olan Xalq Demokratik Hərəkatının (PDM) namizədi MakHenri Venaani isə 5 faiz səs toplayıb.
Xatırladaq ki, Cənubi Afrika ölkəsi Namibiyada noyabrın 27-də keçirilən seçkilərdə səsvermə bülletenlərin yetərli olmaması və seçicilərin qeydiyyatı üçün istifadə edilən planşetlərdə nasazlıqlar səbəbindən səsvermə bəzi bölgələrində noyabrın 30-na keçən gecəyə qədər davam edib.
Müxalifət partiyaları seçkinin təkrar keçirilməsini tələb etsələr də, Seçki Komissiyası maliyyə çətinliyini əsas gətirib, bunu mümkünsüz sayıb.
Namibiyanın ilk qadın prezidenti Nandi-Ndaitvaya gəldikdə isə, o, 1952-ci ildə Ovamboland qəsəbəsində 13 uşaqlı ailədə anadan olub.