Icma.az
close
up
RU
Namibiya tarixində ilk dəfə qadın ölkə prezidenti seçilib O, kimdir?

Namibiya tarixində ilk dəfə qadın ölkə prezidenti seçilib O, kimdir?

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

34 ildir hakimiyyətdə olan Cənubi Qərbi Afrika Xalq Təşkilatının (SWAPO) namizədi Nandi-Ndaitva ölkənin ilk qadın prezidenti seçilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Namibiya Seçki Komissiyası (NEC) məlumat yayıb.

Bildirilib ki, ilkin nəticələrə əsasən, Nandi-Ndaitva 57,6 faiz səs toplayıb: "Hazırkı vitse-prezident Nandi-Ndaitvah bununla Namibiyanın ilk qadın prezidenti ünvanına sahiblənib".

Xəbərdə deyilir ki, Nandi-Ndaitvanın ən yaxın rəqibi, Dəyişiklik Uğrunda Müstəqil Vətənpərvərlər (IPC) partiyasının namizədi Panduleni Itula 26 faiz, əsas müxalifət partiyası olan Xalq Demokratik Hərəkatının (PDM) namizədi MakHenri Venaani isə 5 faiz səs toplayıb.

Xatırladaq ki, Cənubi Afrika ölkəsi Namibiyada noyabrın 27-də keçirilən seçkilərdə səsvermə bülletenlərin yetərli olmaması və seçicilərin qeydiyyatı üçün istifadə edilən planşetlərdə nasazlıqlar səbəbindən səsvermə bəzi bölgələrində noyabrın 30-na keçən gecəyə qədər davam edib. Müxalifət partiyaları seçkinin təkrar keçirilməsini tələb etsələr də, Seçki Komissiyası maliyyə çətinliyini əsas gətirib, bunu mümkünsüz sayıb.

Namibiyanın ilk qadın prezidenti Nandi-Ndaitvaya gəldikdə isə, o, 1952-ci ildə Ovamboland qəsəbəsində 13 uşaqlı ailədə anadan olub. Gəncliyindən bəri irqçiliyə qarşı müstəqillik hərəkatında fəal iştirak edən Nandi 1975-ci ildən SWAPO sıralarında vuruşub. Namibiyanın müstəqillik qazandığı 1990-cı ildə millət vəkili seçilən Nandi-Ndaitvah Namibiya siyasətinin ən görkəmli qadın simalarından birinə çevrilib. O, 2000-2005-ci illərdə Namibiya Nazirlər Kabinetində Qadınların İşləri və Uşaqların Rifahı Naziri, 2005-2010-cu illərdə İnformasiya naziri, 2012-2014-cü illərdə Ətraf Mühit və Turizm naziri, 2014-cü ildə Beynəlxalq Əlaqələr və Əməkdaşlıq naziri vəzifələrində çalışıb. 2024-cü ilin fevralında prezident Hage Geingobun ölümündən sonra vitse-prezident təyin edilən xanm Nandi seçkiyə qatılıb və qalib gəlib.

Lamiyə Əhmədli
Mia.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://mia.az
archiveBu xəbər 04 Dekabr 2024 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri