Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib

26.11.2026

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib.
"Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan olunub.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı onun 8 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, N.Səfərovu 2025-ci il dekabrın 9-u polis əməkdaşları saxlayıb.
O, vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.
İttihama görə, o, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırıb. Ondan külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.
N.Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью