Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib.
"Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan olunub.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı onun 8 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, N.Səfərovu 2025-ci il dekabrın 9-u polis əməkdaşları saxlayıb.
O, vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.
İttihama görə, o, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırıb. Ondan külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.
N.Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:Namizəd Səfərov TUTULDU
09 Dekabr 2025 17:12
Rüfət Səfərov 8 il azadlıqdan məhrum edilib
12 İyun 2026 20:33
Hüquqşünas Namizəd Səfərov saxlanılıb
09 Dekabr 2025 17:02
Rüfət Səfərov 8 il azadlıqdan məhrum edildi
12 İyun 2026 18:18
Namizəd Səfərov dələduzluqda ittiham olunur
10 Dekabr 2025 13:55
Baxış sayı:117
Bu xəbər 26 Noyabr 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















