“Napoli”nin idman direktoru argentinalıya görə İngilis klubunun “qapısını döyəcək”

26.05.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Mançester Yunayted"in vingeri Alexandro Qarnaço karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "I News" portal məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Napoli"nin idman direktoru Covanni Manna 20 yaşlı argentinalının mümkün transferi ilə bağlı İngiltərə klubunun rəhbərliyi ilə görüşmək niyyətindədir. Daha əvvəl mətbuatda futbolçunun "Mançester Yunayted"dən ayrılmaq istədiyi bildirilirdi.

Qeyd edək ki, Qarnaço cari mövsümdə bütün turnirlərdə ümumilikdə 58 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью