“Napoli”nin idman direktoru argentinalıya görə İngilis klubunun “qapısını döyəcək”
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Mançester Yunayted"in vingeri Alexandro Qarnaço karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "I News" portal məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Napoli"nin idman direktoru Covanni Manna 20 yaşlı argentinalının mümkün transferi ilə bağlı İngiltərə klubunun rəhbərliyi ilə görüşmək niyyətindədir. Daha əvvəl mətbuatda futbolçunun "Mançester Yunayted"dən ayrılmaq istədiyi bildirilirdi.
Qeyd edək ki, Qarnaço cari mövsümdə bütün turnirlərdə ümumilikdə 58 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə edib.

“Mançester Yunayted” ikinci dəfə “Leççe”nin qapısını döyəcək
25 Yanvar 2025 09:31
“Brayton” növbəti dəfə türk klubunun qapısını döyəcək
20 İyun 2025 15:49
Milan Qalatasaray ın qapısını döyəcək
10 İyul 2025 14:51
Yenidən MY nin qapısını qoruyacaq?
06 Aprel 2025 11:14
“Napoli”nin Nunyes arzusu
18 May 2025 14:31

