Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq. Son dövrlərdə aparılan araşdırmalar narkotik maddə istifadə edən sürücülərin sayının spir
Bu tendensiyanın səbəbləri nələrdir? Narkotik maddələrin sükan arxasında istifadəsi yol hərəkəti təhlükəsizliyinə hansı təsirləri göstərir?
Hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar bu problemin qarşısını almaq üçün hansı tədbirləri görməlidirlər?
Mövzu ilə bağlı Avtosfer.az-ın sorğusuna cavab olaraq Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev bildirib ki, ötən günlər ərzində nəqliyyat vasitəsini idarəetmə hüququna sahib olan şəxslər tərəfindən narkotik və psixotrop maddələrdən istifadənin yol açdığı 19 yol nəqliyyat hadisəsi baş vermişdir: “Hadisələr nəticəsində 10 nəfər həlak olmuş, 15 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışdır.
Yol polisinin və müvafiq orqanların dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər təhlükəsizlik qaydalarına laqeyd yanaşmaqda davam edirlər.
Onlar həm öz həyatlarını, həm də digər sürücülərin həyatını təhlükəyə atmaqda davam edirlər.
Mütəxəssislər bildirirlər ki, hər bir sürücü yol hərəkəti qaydalarına ciddi riayət etməli, yalnız təhlükəsiz və sağlam vəziyyətdə nəqliyyat vasitələrini idarə etməlidir.
Həmçinin təhlükəsiz səyahət üçün sürücülərin qanuni və sağlam qaydalarla hərəkət etmələri vacibdir”.