Icma.az
close
up
RU
“Narkotik çəkib avtomobil idarə edənlərin sayı…” EKSPERTDƏN HƏYƏCAN TƏBİLİ

“Narkotik çəkib avtomobil idarə edənlərin sayı…” EKSPERTDƏN HƏYƏCAN TƏBİLİ

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Son dövrlərdə aparılan araşdırmalar narkotik maddə istifadə edən sürücülərin sayının spirtli içki qəbul etmiş sürücülərin sayını keçdiyini göstərir.

Bu tendensiyanın səbəbləri nələrdir? Narkotik maddələrin sükan arxasında istifadəsi yol hərəkəti təhlükəsizliyinə hansı təsirləri göstərir?  Hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar bu problemin qarşısını almaq üçün hansı tədbirləri görməlidirlər?

Mövzu ilə bağlı Avtosfer.az-ın sorğusuna cavab olaraq Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev bildirib ki, ötən günlər ərzində nəqliyyat vasitəsini idarəetmə hüququna sahib olan şəxslər tərəfindən narkotik və psixotrop maddələrdən istifadənin yol açdığı 19 yol nəqliyyat hadisəsi baş vermişdir:

“Hadisələr nəticəsində 10 nəfər həlak olmuş, 15 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışdır.

Yol polisinin və müvafiq orqanların dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər təhlükəsizlik qaydalarına laqeyd yanaşmaqda davam edirlər. Onlar həm öz həyatlarını, həm də digər sürücülərin həyatını təhlükəyə atmaqda davam edirlər.

Mütəxəssislər bildirirlər ki, hər bir sürücü yol hərəkəti qaydalarına ciddi riayət etməli, yalnız təhlükəsiz və sağlam vəziyyətdə nəqliyyat vasitələrini idarə etməlidir. Həmçinin təhlükəsiz səyahət üçün sürücülərin qanuni və sağlam qaydalarla hərəkət etmələri vacibdir”.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülərin cəriməsi İnzibati Xətalar Məcəlləsində ayrıca maddə kimi öz əksini tapıb:

“Aparılan statistik təhlillər göstərir ki, narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülərin sayı spirtli içki qəbul edən sürücülərin sayını keçib. Azərbaycanda narkomaniyaya qarşı bu qədər tədbir görüldüyü bir dövrdə belə bir rəqəmin ortaya çıxması narahatlıq doğurur.

Bu məsələ üzərində çox ciddi şəkildə düşünmək lazımdır. Xüsusilə də sükan arxasında əyləşən sürücülərin bu cür davranışlara yol verməsi daha ciddi problemdir. Çünki nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyidir. Əgər sürücü narkotik vasitənin təsiri altında avtomobili idarə edirsə, təhlükə daha da ciddiləşir. Bununla bağlı aidiyyəti qurumlar ciddi nəzarət tədbirləri həyata keçirməlidirlər.

Bəzi insanlar narazılıq etsələr də yol polisinin bu istiqamətdə mübarizə metodu və üsulları nəticə verir ki, bu qədər faktlar üzə çıxıb. Bəzi situasiyalarda narazılıq doğuran məqamlar da olur, lazımlı və ya lazımsız yoxlamalar aparılır. Bu barədə bizə də müraciətlər edilir. Amma ümumilikdə aparılan mübarizə effekt verir. Bu məsələdə qanunvericiliyin daha da sərtləşdirilməsinə ehtiyac var. Cəzalar daha sərt olmalıdır”.

Ekspert əlavə edib ki, bəzi vətəndaşlar narazılıq edirlər ki, “mən neçə ay əvvəl narkotik maddə qəbul etmişəm, niyə indi analizlərdə qalığı çıxır və niyə mənə cərimə tətbiq edilir?”. Ekspert hesab edir ki, bu adam aylar əvvəl istifadə edibsə, bununla bağlı cəza verilməsinə ehtiyac olmaya bilər.

“Amma bəzi insanlar artıq bunu mütəmadi şəkildə istifadə edirlər və bu da çox ciddi fəsadlar yaradır. Narkomaniyanın kökünü kəsmək üçün sürücülərin xətalarına diqqət yetiririksə, mütləq təbliğat və maarifləndirmə məsələlərinə də önəm verməliyik. Bu artıq ciddi bir təhlükədir. Görün nə hala gəlib çıxmışıq ki, spirtli içki içənlərin sayı azalır, amma narkotik istifadə edənlərin sayı artır. Artıq bəzi insanlar narkotik maddələri siqaret əvəzinə istifadə edirlər. Ona görə də bu məsələyə xüsusi diqqət yetirilməli və mübarizə tədbirləri gücləndirilməlidir. Əgər ciddi bir nəticə ortaya çıxırsa, lazımi tədbirlər görülməlidir. Bu gün tətbiq olunan metodlar yetərincə effektiv deyil”.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 Yanvar 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri