Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır. NASA, “Günün Astronomiya Fotosu” rubrikasında “Andromeda” bürcündə yerləşən dəyişən
Ölkə.Az xəbər verir ki, foto 692 saatlıq müşahidə materialının birləşdirilməsi nəticəsində hazırlanıb və “KX Andromedae” ulduz sisteminin qe
Alimlər bildirib ki, “KX Andromedae” bir-birinə yaxın iki ulduzdan ibarətdir.
Sistemdə soyuq və böyük ulduzdan qopan maddə, isti B-tipli ulduza doğru axaraq onun ətrafında yığılma diski yaradıb.
Məhz bu disk ulduzun hər iki tərəfindən kosmosa doğru simmetrik plazma ceti formalaşdırıb.
Hesablamalara görə, bu jetlərin hər biri təxminən 19 işıq ili uzunluğundadır.
Bu isə Günəşə ən yaxın ulduz olan “Proxima Centauri”yə olan məsafəni belə bir neçə dəfə üstələyib.
NASA-nın açıqlamasında qeyd olunub ki, görüntü ulduzların təkamülü, maddə axınları və yüksək enerjili kosmik proseslər haqqında yeni elmi məlumatlar əldə etmək baxımından mühüm əhəmiyyət daşıyır.(Sfera.az) Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.