NASA dərin kosmosun aydın görüntüsünü yayımladı FOTO
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
NASA, “Günün Astronomiya Fotosu” rubrikasında “Andromeda” bürcündə yerləşən dəyişən ulduz “KX Andromedae”dən çıxan nəhəng plazma jetlərinin indiyədək əldə olunan ən yüksək keyfiyyətli görüntüsünü yayımlayıb.
Ölkə.Az xəbər verir ki, foto 692 saatlıq müşahidə materialının birləşdirilməsi nəticəsində hazırlanıb və “KX Andromedae” ulduz sisteminin qeyri-adi strukturunu aydın şəkildə nümayiş etdirib.
Alimlər bildirib ki, “KX Andromedae” bir-birinə yaxın iki ulduzdan ibarətdir. Sistemdə soyuq və böyük ulduzdan qopan maddə, isti B-tipli ulduza doğru axaraq onun ətrafında yığılma diski yaradıb. Məhz bu disk ulduzun hər iki tərəfindən kosmosa doğru simmetrik plazma ceti formalaşdırıb.
Hesablamalara görə, bu jetlərin hər biri təxminən 19 işıq ili uzunluğundadır. Bu isə Günəşə ən yaxın ulduz olan “Proxima Centauri”yə olan məsafəni belə bir neçə dəfə üstələyib.
NASA-nın açıqlamasında qeyd olunub ki, görüntü ulduzların təkamülü, maddə axınları və yüksək enerjili kosmik proseslər haqqında yeni elmi məlumatlar əldə etmək baxımından mühüm əhəmiyyət daşıyır.(Sfera.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 06 Dekabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















