NASA kosmosda su axtaracaq | Icma.az
Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) kosmik gəmisi su ehtiyatları axtarmaq üçün kosmosa uçmağa, qalaktikaları araşdırmağa, istifadəyə tam yararlı ola biləcək maye və buz mənbələrini kəşf etməkdə israrlıdır.
Reyting.az xəbər verir ki, bu barədə "Scitechdaily" nəşri yazıb.
NASA-nın təsdiq etdiyi xəbərdə bildirilir ki, müəyyən bir hazırlıq mərhələsi keçirilib və tezliklə "SPHEREx" missiyası dərin kosmosda buz halında su axtarmağa uçacaq."SPHEREx" kimi tanınan bu xüsusi cihaz infraqırmızı kosmik teleskopdur və səmada panoramik tədqiqatlar aparmaq üçün nəzərdə tutulub.
NASA bu missiyanın təxminən 2,5 il ərzində davam edəcəyini bildirib.Məlumatda qeyd edilir ki, milyonlarla kosmik obyekti tədqiq etməklə, "SPHEREx" qalaktikada indiyə qədər donmuş birləşmələrin ən böyük xəritəsini yaradacaq.
Bununla planetin yaranması və suyun mənşəyi haqqında yeni məlumatlar toplanacaq.
Xatırladaq ki, bundan əvvəlki kosmik missiyalar gözlənildiyindən qat-qat az, həm də qaz tərkibli su tapmışdı.
Bu kosmik missiyaya daha çox ümid bəsləyən və buna yüksək səviyyədə hazırlaşdıqlarını bildirən NASA araşdırılmamış obyektlərin tədqiqatında böyük nəticələr əldə edəcəyini gözləyir.Elm adamları Yer planetindən kənarda həyat axtaran zaman adətən əvvəl su mənbəyi axtarmağa başlayırlar.
Tam oxu
Xəbəri oxu