Icma.az
close
up
RU
NASA kosmosda su axtaracaq

NASA kosmosda su axtaracaq

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) kosmik gəmisi su ehtiyatları axtarmaq üçün kosmosa uçmağa, qalaktikaları araşdırmağa, istifadəyə tam yararlı ola biləcək maye və buz mənbələrini kəşf etməkdə israrlıdır.
Reyting.az
xəbər verir ki, bu barədə "Scitechdaily" nəşri yazıb.
NASA-nın təsdiq etdiyi xəbərdə bildirilir ki, müəyyən bir hazırlıq mərhələsi keçirilib və tezliklə "SPHEREx" missiyası dərin kosmosda buz halında su axtarmağa uçacaq.
"SPHEREx" kimi tanınan bu xüsusi cihaz infraqırmızı kosmik teleskopdur və səmada panoramik tədqiqatlar aparmaq üçün nəzərdə tutulub. NASA bu missiyanın təxminən 2,5 il ərzində davam edəcəyini bildirib.
Məlumatda qeyd edilir ki, milyonlarla kosmik obyekti tədqiq etməklə, "SPHEREx" qalaktikada indiyə qədər donmuş birləşmələrin ən böyük xəritəsini yaradacaq. Bununla planetin yaranması və suyun mənşəyi haqqında yeni məlumatlar toplanacaq.
Xatırladaq ki, bundan əvvəlki kosmik missiyalar gözlənildiyindən qat-qat az, həm də qaz tərkibli su tapmışdı. Bu kosmik missiyaya daha çox ümid bəsləyən və buna yüksək səviyyədə hazırlaşdıqlarını bildirən NASA araşdırılmamış obyektlərin tədqiqatında böyük nəticələr əldə edəcəyini gözləyir.
Elm adamları Yer planetindən kənarda həyat axtaran zaman adətən əvvəl su mənbəyi axtarmağa başlayırlar. "SPHEREx" xüsusilə kainatdakı qaz və toz bölgələrini tədqiq edəcək. Tədqiqatçılar belə hesab edirlər ki, kainatdakı suyun böyük hissəsi ancaq buz şəklində mövcuddur.
Bu yeni kosmik gəminin "Süd Yolunda" təxminən 450 milyondan çox qalaktika, 100 milyondan artıq ulduz haqqında məlumat toplayacağı da gözlənilir.
Onu da qeyd edək ki, bu kosmik missiya martın 7-də başlayacaq.
Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 Mart 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see386

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see329

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see325

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see296

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see295

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see279

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see279

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see273

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see269

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see260

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see255

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see255

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see247

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see242

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see240

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see235

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see235

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see230

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see216

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri