NASAda ixtisarlar: İdarənin daha yüzlərlə əməkdaşı işsiz qalıb | Icma.az
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) növbəti dəfə kütləvi ixtisarlar etmək məcburiyyətində qalır.
Bu dəfə Kaliforniyadakı məşhur "Jet Propulsion Laboratory" (JPL) işçi qüvvəsinin azaldılmasından ən çox təsirlənən bölmə olub.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "JPL" çərşənbə axşamı 325 işçisi ilə yollarını ayıracağını açıqlayıb.
Bu rəqəm laboratoriyanın ümumi işçi qüvvəsinin təxminən 5 faizinə uyğundur.
Bu il ikinci dəfə belə bir addım atan "JPL" fevral ayında büdcənin kəsilməsi səbəbindən 530 işçisini işdən çıxarıb.
"JPL" direktoru Laurie Leşin işçilərə yazdığı müraciətdə: "Ümid edirdim ki, bu mesajı yazmalı olmayacaqdım.
Lakin, azaldılmış büdcələrə və qarşıdakı iş yükü proqnozlarına əsaslanaraq, biz bütövlükdə qənaət tətbiq etməli olduq və bunun təsirini ixtisarlarda görəcəksiniz", - deyə qeyd edib.
Tam oxu
Xəbəri oxu