Icma.az
close
up
RU
NASAda ixtisarlar: İdarənin daha yüzlərlə əməkdaşı işsiz qalıb

NASAda ixtisarlar: İdarənin daha yüzlərlə əməkdaşı işsiz qalıb

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) növbəti dəfə kütləvi ixtisarlar etmək məcburiyyətində qalır. Bu dəfə Kaliforniyadakı məşhur "Jet Propulsion Laboratory" (JPL) işçi qüvvəsinin azaldılmasından ən çox təsirlənən bölmə olub.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "JPL" çərşənbə axşamı 325 işçisi ilə yollarını ayıracağını açıqlayıb.

Bu rəqəm laboratoriyanın ümumi işçi qüvvəsinin təxminən 5 faizinə uyğundur. Bu il ikinci dəfə belə bir addım atan "JPL" fevral ayında büdcənin kəsilməsi səbəbindən 530 işçisini işdən çıxarıb.

"JPL" direktoru Laurie Leşin işçilərə yazdığı müraciətdə: "Ümid edirdim ki, bu mesajı yazmalı olmayacaqdım. Lakin, azaldılmış büdcələrə və qarşıdakı iş yükü proqnozlarına əsaslanaraq, biz bütövlükdə qənaət tətbiq etməli olduq və bunun təsirini ixtisarlarda görəcəksiniz", - deyə qeyd edib.

"JPL"nin ən çox təsirləndiyi sahələrdən biri NASA-nın Marsa Nümunə Qayıdılması missiyası üçün ayrılan büdcənin ciddi şəkildə azaldılması olub. Ötən il 900 milyon dolları keçən bu büdcə 2024-cü il üçün cəmi 300 milyon dollara endirilib. Bu vəziyyət çox milyardlıq layihənin gələcəyini qeyri-müəyyən edib.

Bununla belə, Leşin bildirib ki, bu son ixtisarların birbaşa Mars missiyası ilə əlaqəsi yoxdur və qərarlar 2025-ci federal maliyyə ili üçün mövcud vəsaitlərə riayət etmək üçün qəbul edilib.

Bildirilib ki, işçi qüvvəsinin ixtisarı laboratoriyanın bütün sahələrinə, o cümlədən texniki, layihə, biznes və dəstək bölmələrinə yayılıb. Yenə də Leşin, ixtisarların ilkin gözləniləndən aşağı olduğunu vurğulayıb.

NASA 2024-cü il büdcəsi üçün artım tələb etsə də, büdcəsi 2 faiz azaldılıb və tələb olunan məbləğdən 2 milyard dollar az resurs təmin edilib. Bu vəziyyət həm də "VIPER" adlı aya aparan missiyanın ləğvinə səbəb olub. NASA artıq bu layihəyə 450 milyon dollar xərcləmişdi.

Daha da diqqət çəkəni isə NASA-nın keçən il ABŞ iqtisadiyyatına 75,6 milyard dollar töhfə verdiyini açıqlamasıdır. Bu rəqəm qurumun illik büdcəsindən təxminən üç dəfə çoxdur. Yalnız iqtisadi aspekti nəzərə alsaq belə, NASA-nın layiq olduğu dəstəyi almadığı aydındır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp administrasiyasının NASA-nın büdcəsinə təsiri maraq doğurur. Bununla belə, Leşin bildirib ki, bu işdən çıxarılmalar seçkilərin nəticələrindən asılı deyil və hansı prezidentin hakimiyyətdə olmasından asılı olmayaraq baş verəcək.

NASA həm elmi, həm də iqtisadi töhfələri ilə milli dəyər olmağa davam edərkən, qurumun büdcə məhdudiyyətləri səbəbindən aldığı bu qərarlar kosmik tədqiqatların gələcəyini sual altına qoyur.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Noyabr 2024 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see228

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see133

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see126

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri