Natiq Cavadlı: “Başqa media qurumlarında necə işləmişəmsə, Meydan TV də də eyni qaydada işləmişəm”

13.12.2024

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bugün Bakı Apellyasiya Məhkəməsində “Meydan TV İşi” üzrə həbs edilən bir qrup jurnalistin apellyasiya şikayətinə baxılıb.

Gununsesi.info-nun xəbərinə görə, jurnalistlər özünü günahkar hesab etməsə də məhkəmə onları həbsdə saxlayıb.

Prosesdə çıxış edən tanınmış jurnalist Natiq Cavadlı həyatında heç zaman qanunsuz məqamların olmadığını deyib: “33 ildən çoxdur ki, jurnalistəm. Peşəkar jurnalist fəaliyyətimə görə çoxsaylı mükafatlara layiq görülmüşəm.  Mənim əlim heç zaman haram pula dəyməyib. Mən  başqa media qurumlarında necə işləmişəmsə, Meydan TV -də də eyni qaydada işləmişəm. Deputatlardan, məmurlardan, siyasətçilərdən müsahibələr almışam. Bundan başqa hər hansı bir fəaliyyətim olmayıb”.

Afət

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью