Natiq Cavadlı: “Başqa media qurumlarında necə işləmişəmsə, Meydan TV də də eyni qaydada işləmişəm”
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bugün Bakı Apellyasiya Məhkəməsində “Meydan TV İşi” üzrə həbs edilən bir qrup jurnalistin apellyasiya şikayətinə baxılıb.
Gununsesi.info-nun xəbərinə görə, jurnalistlər özünü günahkar hesab etməsə də məhkəmə onları həbsdə saxlayıb.
Prosesdə çıxış edən tanınmış jurnalist Natiq Cavadlı həyatında heç zaman qanunsuz məqamların olmadığını deyib: “33 ildən çoxdur ki, jurnalistəm. Peşəkar jurnalist fəaliyyətimə görə çoxsaylı mükafatlara layiq görülmüşəm. Mənim əlim heç zaman haram pula dəyməyib. Mən başqa media qurumlarında necə işləmişəmsə, Meydan TV -də də eyni qaydada işləmişəm. Deputatlardan, məmurlardan, siyasətçilərdən müsahibələr almışam. Bundan başqa hər hansı bir fəaliyyətim olmayıb”.
Afət
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 13 Dekabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















