Natiq Qasımovun adı verilən məktəbin direktoru:Çoxdan idi ki, buna çalışırdıq! | Icma.az
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Milli Qəhrəman Natiq Qasımovun adı verilib.
Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb Natiq Qasımovun adının 4 nömrəli tam orta məktəbdə əbədiləşdirlməsi təhsil ocağının kollektivini qürurlandırıb.
Ölkə.Az xəbər verir ki, bunu Modern.az-la həmsöhbət olan məktəbin direktoru Zaur Müseyibov deyib.
O bildirib ki, Milli Qəhrəmanın adını daşıyan məktəbə rəhbərlik etmək fəxarət hissi doğurur: “Mən məktəbə bu il may ayın 6-da təyin olunmuşam.
Gəldiyim gündən təhsil ocağına Natiq Qasımovun adının verilməsi üçün çalışmışam. Nəhayət arzumuz gerkəkləşdi.
Çalışacağıq ki, məktəbimiz Natiq Qasımovun adına layiq olsun. Mən özüm də 4 nömrəli məktəbdə oxumuşam, 22 il burada fəaliyyət göstərmişəm.
Məktəbə direktor təyin olunduğum gündən girişdə Natiq Qasımovun barelyefinin qoyulmasına nail olmuşam".
Tam oxu
Xəbəri oxu