Icma.az
close
up
RU
Natiq Qasımovun adı verilən məktəbin direktoru:Çoxdan idi ki, buna çalışırdıq!

Natiq Qasımovun adı verilən məktəbin direktoru:Çoxdan idi ki, buna çalışırdıq!

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə  Milli Qəhrəman Natiq Qasımovun adı verilib. Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb

Natiq Qasımovun adının 4 nömrəli tam orta məktəbdə əbədiləşdirlməsi təhsil ocağının kollektivini qürurlandırıb.

Ölkə.Az xəbər verir ki, bunu Modern.az-la həmsöhbət olan məktəbin direktoru Zaur Müseyibov deyib.

O bildirib ki, Milli Qəhrəmanın adını daşıyan məktəbə rəhbərlik etmək fəxarət hissi doğurur:

“Mən məktəbə bu il may ayın 6-da təyin olunmuşam. Gəldiyim gündən təhsil ocağına Natiq Qasımovun adının verilməsi üçün çalışmışam. Nəhayət arzumuz gerkəkləşdi. Çalışacağıq ki, məktəbimiz Natiq Qasımovun adına layiq olsun. Mən özüm də 4 nömrəli məktəbdə oxumuşam, 22 il burada fəaliyyət göstərmişəm. Məktəbə direktor təyin olunduğum gündən girişdə Natiq Qasımovun barelyefinin qoyulmasına nail olmuşam".

Direktorun sözlərinə görə, 4 nömrəli məktəb 1980-ci ildən fəaliyyət göstərir:

“2023-2024-cü tədris ilində bir şagirdimiz fənn olimpiadalarında tarix fənni üzrə gümüş medal qazanıb. Eyni zamanda, bir şagirdimiz də 27 sentyabr və 8 noyabrda keçirilən inşa müsabiqəsinin qalibi olub”.

Xatırldaq ki, Natiq Qasımov 1991-ci ildə yaradılan “Qaradağ şahinləri” taborunun könüllü əsgəri olub. O, Xocalı rayonunun Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 hərbçi yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq, təkbaşına savaşı davam etdirib. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.

Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqaləsin təsvir edilib.

Natiq Qasımovun qəhrəmanlığı və şücaətini həzm edə biulməyən erməni səhra komandiri Vitali Balasanyan ona şəxsən müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır işgəncələr vermiş və qətlə yetirmişdir.

Prezident İlham Əliyevin 25 may 2024-cü ildə imzaladığı sərəncamla Natiq Qasımova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Milli Qəhrəmanın harada dəfn olunduğu naməlum olaraq qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Noyabr 2024 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see409

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see255

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see213

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see176

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see151

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see148

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see147

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see132

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see131

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see126

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see126

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see125

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see124

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see124

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri