“NATO Kiyevin bir neçə günə yıxılacağına inanırdı, Zelenski isə...” Stoltenberq Qərbin Kiy…
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
NATO-nun keçmiş baş katibi Yens Stoltenberq yeni kitabında Alyansa rəhbərlik illəri və xüsusilə Ukrayna müharibsəilə bağlı maraqlı məlumatları, müşahidələrini dərc edib.“AzPolitika” xəbər verir ki, Stoltenberq kitabında Ukraynadakı müharibə ilə bağlı Vaşinqtondakı təslimçi əhval-ruhiyyəni və Avropa ölkələrinin Ukraynaya vəd etdiyi silah tədarükünü yerinə yetirməməsini təsvir edib.
Sabiq NATO Baş katibi Alyansın 2023-2024-cü illərdə kifayət qədər dəstək göstərməməklə Ukraynanı pis vəziyyətdə qoyduğunu qeyd edib.
2014-cü ilin oktyabrından 2024-cü ilin oktyabrınadək NATO-ya rəhbərlik edən Stoltenberq oktyabrın 23-də təqdim olunacaq “Mənim Nəzarətimdə: Müharibə Zamanında NATO-ya liderlik” adlı yeni kitabında xeyli tənqidlərə yer verib.
Kitab onun bütün fəaliyyətini, o cümlədən 2021-ci ildə NATO-nun Əfqanıstandakı "məğlubiyyətini" və 2014-cü ildə Rusiyanın Ukraynaya ilk təcavüzünü əhatə edir.
O, həmçinin 2024-cü ildə Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra Alyansın gələcəyinə dair fikirləri əks etdirir.Stoltenberqin Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğalı ərəfəsində baş verənlərə troxunaraq qeyd edib ki, Rusiyanın real danışıqlara meyli olmayıb.
Xüsusən də 2021-ci ilin sentyabrında Nyu-Yorkda keçirilən görüşdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun onun sözünü daim kəsdiyinə, mətbuat katibi Mariya Zaxarovanın isə Stoltenberq danışanda “gözünü süzdüyünə” diqqət yetirib.
O yazır ki, 2021-ci il oktyabrın ortalarında NATO kəşfiyyatçıları ona Rusiyanın Ukraynaya qarşı işğala başlayacağını bildiriblər.
Tam oxu
Xəbəri oxu