Icma.az
close
up
RU
“NATO Kiyevin bir neçə günə yıxılacağına inanırdı, Zelenski isə...” Stoltenberq Qərbin Kiyevə xəyanətindən yazıb

“NATO Kiyevin bir neçə günə yıxılacağına inanırdı, Zelenski isə...” Stoltenberq Qərbin Kiyevə xəyanətindən yazıb

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq yeni kitabında Alyansa rəhbərlik illəri və xüsusilə Ukrayna müharibsəilə bağlı maraqlı məlumatları, müşahidələrini dərc edib.

“AzPolitika” xəbər verir ki, Stoltenberq kitabında Ukraynadakı müharibə ilə bağlı Vaşinqtondakı təslimçi əhval-ruhiyyəni və Avropa ölkələrinin Ukraynaya vəd etdiyi silah tədarükünü yerinə yetirməməsini təsvir edib.

Sabiq NATO Baş katibi Alyansın 2023-2024-cü illərdə kifayət qədər dəstək göstərməməklə Ukraynanı pis vəziyyətdə qoyduğunu qeyd edib. 2014-cü ilin oktyabrından 2024-cü ilin oktyabrınadək NATO-ya rəhbərlik edən Stoltenberq oktyabrın 23-də təqdim olunacaq “Mənim Nəzarətimdə: Müharibə Zamanında NATO-ya liderlik” adlı yeni kitabında xeyli tənqidlərə yer verib. Kitab onun bütün fəaliyyətini, o cümlədən 2021-ci ildə NATO-nun Əfqanıstandakı "məğlubiyyətini" və 2014-cü ildə Rusiyanın Ukraynaya ilk təcavüzünü əhatə edir. O, həmçinin 2024-cü ildə Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra Alyansın gələcəyinə dair fikirləri əks etdirir.

Stoltenberqin Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğalı ərəfəsində baş verənlərə troxunaraq qeyd edib ki, Rusiyanın real danışıqlara meyli olmayıb. Xüsusən də 2021-ci ilin sentyabrında Nyu-Yorkda keçirilən görüşdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun onun sözünü daim kəsdiyinə, mətbuat katibi Mariya Zaxarovanın isə Stoltenberq danışanda “gözünü süzdüyünə” diqqət yetirib.

O yazır ki, 2021-ci il oktyabrın ortalarında NATO kəşfiyyatçıları ona Rusiyanın Ukraynaya qarşı işğala başlayacağını bildiriblər. Onun sözlərinə görə, buna səbəb Rusiya üçün “demokratik və getdikcə Qərb yönümlü olan Ukraynanın yaratdığı siyasi təhlükə” olub.

Stoltenberq kitabda Vladimir Putinin necə dəyişdiyini və xüsusən də COVID-19 pandemiyası zamanı daha da təcrid olunduğunu təsvir edib.

Stoltenberq üçün Ukraynada genişmiqyaslı müharibə səhər saat 4:25-də telefon zəngi ilə başlayıb və qısa müddət sonra ABŞ-nin ovaxtkı Müdafiə naziri Lloyd Ostin ona zəng edərək, Ukrayna Prezidenti Volodimir Zelenskinin həyatı ilə bağlı narahatlığını bildirib.

Yalnız dörd gün sonra Stoltenberq, nəhayət, dəfələrlə NATO-dan Ukraynada uçuşa qadağan zona tətbiq etməyi xahiş edən Zelenski ilə danışa bilib: “Onun tələbi rədd edildi və bu söhbət çox ağrılı oldu".

O, daha sonra etiraf edib ki, NATO daxilində Kiyevin bir neçə gün ərzində yıxılacağına dair “geniş inam” var idi.

Kitabda qeyd olunur ki, NATO ölkələri genişmiqyaslı iqtisadi sanksiyalar tətbiq edib və Ukraynaya silah tədarükü ilə yanaşı, iqtisadi və humanitar yardım göstərməyə başlayıb. Bununla belə, tənqidçilər kifayət qədər iş görülmədiyini və yardımın çox vaxt çox gec gəldiyini iddia ediblər. Və Stoltenberq də kitabında bu tənqidlərlə tam razılaşır.

Stoltenberq 2024-cü ilin iyulunda NATO-nun sammitinə hazırlığı xatırladaraq yazır: "Vaşinqtondakı tərəfdaşlarımızda passivlik və məğlubiyyət əhval-ruhiyyəli bir şey var idi. Onlar az risk aldılar, hücuma keçə bilmədilər və prezidentlərini(Baydeni-red.) gizlətdilər".

Stoltenberq iddia edir ki, ABŞ-nin o zamankı Prezidenti Co Bayden qərarlar verərkən Trampın buna reaksiyasından narahatlıq keçirib: "Amma Ukraynanı uğursuzluğa düçar edən təkcə ABŞ deyildi. Aİ 2023-cü ilin martından 2024-cü ilin martına qədər Ukraynaya bir milyon artilleriya mərmisi tədarük edəcəyinə söz vermişdi, lakin Ukraynaya bunun yarısından da az hissəsi çatdırılıb".

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Oktyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see410

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see220

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see202

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see153

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see151

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see150

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see141

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see136

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see134

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri