NATO nun Baş katibi üzv ölkələrdən müdafiə xərcləri barədə razılığa gəlməyi gözləyir | Icm…
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Berlin, 27 may, AZƏRTAC NATO-nun Baş katibi Mark Rutte Alyansa üzv ölkələrin ümumi daxili məhsulun (ÜDM) 5 faizinin müdafiə xərclərinə ayrılması barədə razılığa gələcəyini gözləyir.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə M.Rutte NATO Parlament Assambleyasının ABŞ-da keçirilən yaz sessiyasında bildirib.“Hesab edirəm ki, biz Haaqada ümumilikdə 5 faizlik yüksək müdafiə xərcləri hədəfi barədə razılığa gələcəyik”, - deyə Baş katib qeyd edib.
Bu ayın əvvəlində M.Rutte ÜDM-in 3,5 faizinin müdafiəyə, əlavə olaraq 1,5 faizinin isə infrastruktur layihələrinə ayrılmasını təklif etmişdi.
NATO-ya üzv ölkələr bu yeni hədəflər barədə iyunun 24–25-də Haaqada keçiriləcək zirvə toplantısında razılığa gəlməyə çalışacaq.Almaniya müdafiə xərclərinin ÜDM-in 5 faizinədək artırılması hədəfini dəstəklədiyini artıq bəyan edib.
Müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, Almaniya müdafiə xərclərinin ÜDM-dəki payını hər il 0,2 faiz artırmaqla 5-7 il ərzində hazırkı 2,1 faizdən 3,5 faizə çatdıra bilər.
Bu temp davam edərsə, 2032-ci ilədək 3,5 faizlik göstəriciyə nail olmaq mümkündür.Elvin MövsümAZƏRTAC-ın xüsusi müxbiriBerlin Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu