NATO nun Baş katibi üzv ölkələrdən müdafiə xərcləri barədə razılığa gəlməyi gözləyir
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Berlin, 27 may, AZƏRTAC
NATO-nun Baş katibi Mark Rutte Alyansa üzv ölkələrin ümumi daxili məhsulun (ÜDM) 5 faizinin müdafiə xərclərinə ayrılması barədə razılığa gələcəyini gözləyir.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə M.Rutte NATO Parlament Assambleyasının ABŞ-da keçirilən yaz sessiyasında bildirib.
“Hesab edirəm ki, biz Haaqada ümumilikdə 5 faizlik yüksək müdafiə xərcləri hədəfi barədə razılığa gələcəyik”, - deyə Baş katib qeyd edib.
Bu ayın əvvəlində M.Rutte ÜDM-in 3,5 faizinin müdafiəyə, əlavə olaraq 1,5 faizinin isə infrastruktur layihələrinə ayrılmasını təklif etmişdi. NATO-ya üzv ölkələr bu yeni hədəflər barədə iyunun 24–25-də Haaqada keçiriləcək zirvə toplantısında razılığa gəlməyə çalışacaq.
Almaniya müdafiə xərclərinin ÜDM-in 5 faizinədək artırılması hədəfini dəstəklədiyini artıq bəyan edib. Müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, Almaniya müdafiə xərclərinin ÜDM-dəki payını hər il 0,2 faiz artırmaqla 5-7 il ərzində hazırkı 2,1 faizdən 3,5 faizə çatdıra bilər. Bu temp davam edərsə, 2032-ci ilədək 3,5 faizlik göstəriciyə nail olmaq mümkündür.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 27 May 2025 06:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















