NATOda kritik sammit: Rutte Rusiya və Çini tənqid etdi | Icma.az
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
NATO ölkələrinin xarici işlər nazirləri Rusiya və Çindən yayılan təxribat, kibercinayətkarlıq və enerjidən silah kimi istifadə kimi hibrid təhdidləri müzakirə edəcəklər.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte Belçikanın paytaxtı Brüsseldə davam edən NATO Xarici İşlər Nazirləri Toplantısının ikinci gün sessiyaları öncəsi mətbuata açıqlama verib.
“Biz Rusiyanın NATO ölkələrinə yönəlmiş düşmənçilik kampaniyasını müzakirə edəcəyik.
Biz Rusiyanın, həm də Çinin təxribat, kibercinayətkarlıq və enerjinin silahlaşdırılması yolu ilə NATO ölkələrində sabitliyi pozmağa çalışdığını görürük”, - deyib.
Rutte qeyd edib ki ki, NATO xarici işlər nazirləri bu təhdidlərdən daha yaxşı müdafiə olunmaq, kəşfiyyat məlumatlarının mübadiləsini necə təkmilləşdirmək və kritik infrastrukturun qorunmasını necə təmin etmək kimi məsələlərə diqqət yetirəcəklər.
İclasın açılışındakı çıxışında Rusiyanın Şimali Koreyanı Ukrayna müharibəsinə qataraq müharibəni genişləndirdiyini dəyərləndirən Mark Rutte, Çin və İrandan da artan dəstəklərə diqqət çəkib.
Gündəmlərinin Ukraynadakı münaqişənin üçüncü dövlətlərin də iştirakı ilə genişləndirilməsi və “Rusiyanın NATO ölkələrinə qarşı getdikcə daha düşmən hərəkətləri” olacağını qeyd edən Rutte, NATO ölkələrini hədəf alan hibrid və kiber təhdidlərin yaratdığı mümkün təhlükəsizlik problemlərini müzakirə edəcəklərini bildirib.
Tam oxu
Xəbəri oxu