Icma.az
close
up
RU
NATOda kritik sammit: Rutte Rusiya və Çini tənqid etdi

NATOda kritik sammit: Rutte Rusiya və Çini tənqid etdi

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

NATO ölkələrinin xarici işlər nazirləri Rusiya və Çindən yayılan təxribat, kibercinayətkarlıq və enerjidən silah kimi istifadə kimi hibrid təhdidləri müzakirə edəcəklər.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte Belçikanın paytaxtı Brüsseldə davam edən NATO Xarici İşlər Nazirləri Toplantısının ikinci gün sessiyaları öncəsi mətbuata açıqlama verib.

“Biz Rusiyanın NATO ölkələrinə yönəlmiş düşmənçilik kampaniyasını müzakirə edəcəyik. Biz Rusiyanın, həm də Çinin təxribat, kibercinayətkarlıq və enerjinin silahlaşdırılması yolu ilə NATO ölkələrində sabitliyi pozmağa çalışdığını görürük”, - deyib.

Rutte qeyd edib ki ki, NATO xarici işlər nazirləri bu təhdidlərdən daha yaxşı müdafiə olunmaq, kəşfiyyat məlumatlarının mübadiləsini necə təkmilləşdirmək və kritik infrastrukturun qorunmasını necə təmin etmək kimi məsələlərə diqqət yetirəcəklər.

İclasın açılışındakı çıxışında Rusiyanın Şimali Koreyanı Ukrayna müharibəsinə qataraq müharibəni genişləndirdiyini dəyərləndirən Mark Rutte, Çin və İrandan da artan dəstəklərə diqqət çəkib.

Gündəmlərinin Ukraynadakı münaqişənin üçüncü dövlətlərin də iştirakı ilə genişləndirilməsi və “Rusiyanın NATO ölkələrinə qarşı getdikcə daha düşmən hərəkətləri” olacağını qeyd edən Rutte, NATO ölkələrini hədəf alan hibrid və kiber təhdidlərin yaratdığı mümkün təhlükəsizlik problemlərini müzakirə edəcəklərini bildirib.

Rutte, Rusiyanın Gürcüstandakı seçkilərə müdaxiləsi ilə bağlı iddialarla bağlı sualı cavablandırarkən:

“Biz Gürcüstanı Avropa İttifaqı və NATO ilə inteqrasiya yoluna qayıtmağa təşviq edirik. Amma biz həqiqətən narahatıq. Biz Gürcüstanda baş verən hadisələri izləyirik”, - deyib.

Rutte dünən bildirib ki, o, Cənubi Koreyada prezident Yoon Suk Yeolun hərbi vəziyyət elan etməsi və sonradan parlament tərəfindən qərarın ləğv edilməsinə münasibət bildirməyəcək, çünki "bu ölkənin daxili işidir": “Biz Cənubi Koreyada baş verən hadisələri addım-addım izləyirik və bunun necə inkişaf edəcəyi ilə maraqlanırıq. Mən indi şərh vermək istəmirəm, çünki koreyalılar hazırda vəziyyəti sabitləşdirməyə çalışırlar”, - deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Dekabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri