Navalnının ölümü ilə bağlı Kremlə eyham vurdu: Rus dilində

16.02.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron rus dilində paylaşım edib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Fransa lideri “X”də etdiyi paylaşımı rusiyalı müxalif siyasətçi Aleksey Navalnının vəfatının ildönümünə həsr edib.

“Dünya iki il əvvəl xatirəsini hörmətlə yad etdiyim Aleksey Navalnının ölümü barədə öyrəndi. O zaman mən onun ölümünün Kremlin zəifliyinin və istənilən rəqibdən qorxusunun açıq-aşkar sübutu olduğuna əminliyimi ifadə etmişdim. Bu gün bəllidir ki, bu, qəsdən edilmişdi. Həqiqət hər zaman sonda qalib gəlir, ədalətin də zəfər çalmasını gözləyirik”, - Fransa prezidenti yazıb.

Xatırladaq ki, A.Navalnı 2024-cü il fevralın 16-sı həbsxanada vəfat edib. Rusiyanın müvafiq qurumları siyasətçinin təbii səbəblərdən öldüyünü bildirib. Bir neçə gün öncə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Rusiya müxalifət liderinin zəhərli ox qurbağası toksinindən (batrakotoksin - red.) əldə olunan maddə ilə öldürüldüyünü açıqlayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью