Navalnının ölümü ilə bağlı Kremlə eyham vurdu: Rus dilində
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron rus dilində paylaşım edib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Fransa lideri “X”də etdiyi paylaşımı rusiyalı müxalif siyasətçi Aleksey Navalnının vəfatının ildönümünə həsr edib.
“Dünya iki il əvvəl xatirəsini hörmətlə yad etdiyim Aleksey Navalnının ölümü barədə öyrəndi. O zaman mən onun ölümünün Kremlin zəifliyinin və istənilən rəqibdən qorxusunun açıq-aşkar sübutu olduğuna əminliyimi ifadə etmişdim. Bu gün bəllidir ki, bu, qəsdən edilmişdi. Həqiqət hər zaman sonda qalib gəlir, ədalətin də zəfər çalmasını gözləyirik”, - Fransa prezidenti yazıb.
Xatırladaq ki, A.Navalnı 2024-cü il fevralın 16-sı həbsxanada vəfat edib. Rusiyanın müvafiq qurumları siyasətçinin təbii səbəblərdən öldüyünü bildirib. Bir neçə gün öncə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Rusiya müxalifət liderinin zəhərli ox qurbağası toksinindən (batrakotoksin - red.) əldə olunan maddə ilə öldürüldüyünü açıqlayıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 16 Fevral 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















