Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Aleksey NavalnıRusiyada "Bitsa manyakı" ləqəbi ilə tanınan və çoxsaylı qətllər törətməkdə ittiham edilən Aleksandr Piçuşkin bildirib ki, o, daha 11 qətli etiraf etməyə hazırdır.
Reyting.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Penitensiar Xidmətinin yaydığı məlumatda deyilir.Bildirilir ki, Piçuşkin Moskvanın Severnoye Butovo rayonunda 11 kişinin və qadının qətli ilə bağlı etiraf xarakterli ifadələr verməyə hazırdır.
Onun üstü açılmayan bir çox cinayətlərdə birbaşa iştirakı haqqında məlumatlar isə "Rusiya Federal Penitensiar Xidmətinin Baş Əməliyyat İdarəsi və həmçinin Rusiya Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi əməkdaşlarının birgə fəaliyyəti zamanı əldə edilib", - deyə Federal Penitensiar Xidmətdən bildiriblər.Çoxlu qətllərdə ittiham olunan, hazırda məhkumluq həyatı yaşayan Aleksandr Piçuşkin ilk dəfə 2006-cı ildə həbs edilib.
2007-ci ildə isə Rusiya məhkəmə heyəti Piçuşkini təhlükəli cani kimi 48 qətldə və üç adamı öldürmək cəhdində tam təqsirli bilib.
İstintaq materiallarının sübut etdiyi kimi, Piçuşkin 1992-ci və 2001-2006-cı illərdə qətllər törədib.
O, öz qurbanlarını küt əşya ilə başa zərbə endirməklə qətlə yetirib.
Aleksandr PiçuşkinMəlumatda qeyd edilir ki, "Bitsa manyakı”nın qurbanları əsasən kişilər olsa da, üç qadını da öldürüb.