Icma.az
close
up
RU
Navalnının ölümündə şübhəli şəxs daha 11 qətli etiraf edəcək

Navalnının ölümündə şübhəli şəxs daha 11 qətli etiraf edəcək

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Aleksey Navalnı
Rusiyada "Bitsa manyakı" ləqəbi ilə tanınan və çoxsaylı qətllər törətməkdə ittiham edilən Aleksandr Piçuşkin bildirib ki, o, daha 11 qətli etiraf etməyə hazırdır.
Reyting.az
xəbər verir ki, bu barədə Rusiyanın Federal Penitensiar Xidmətinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, Piçuşkin Moskvanın Severnoye Butovo rayonunda 11 kişinin və qadının qətli ilə bağlı etiraf xarakterli ifadələr verməyə hazırdır.
Onun üstü açılmayan bir çox cinayətlərdə birbaşa iştirakı haqqında məlumatlar isə "Rusiya Federal Penitensiar Xidmətinin Baş Əməliyyat İdarəsi və həmçinin Rusiya Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi əməkdaşlarının birgə fəaliyyəti zamanı əldə edilib", - deyə Federal Penitensiar Xidmətdən bildiriblər.
Çoxlu qətllərdə ittiham olunan, hazırda məhkumluq həyatı yaşayan Aleksandr Piçuşkin ilk dəfə 2006-cı ildə həbs edilib. 2007-ci ildə isə Rusiya məhkəmə heyəti Piçuşkini təhlükəli cani kimi 48 qətldə və üç adamı öldürmək cəhdində tam təqsirli bilib. İstintaq materiallarının sübut etdiyi kimi, Piçuşkin 1992-ci və 2001-2006-cı illərdə qətllər törədib. O, öz qurbanlarını küt əşya ilə başa zərbə endirməklə qətlə yetirib.

Aleksandr Piçuşkin
Məlumatda qeyd edilir ki, "Bitsa manyakı”nın qurbanları əsasən kişilər olsa da, üç qadını da öldürüb. Keçirilən dindirilmələr zamanı A. Piçuşkinin özü 60 şəxsi öldürdüyünü iddia etsə də, araşdırmalar göstərib ki, əslində o, ümumilikdə 64 qətl törətməyi planlaşdırıb və belə bir rəqəmi məhz şahmat taxtasındakı kvadratların sayı qədər olduğu üçün seçib.
Xatırladaq ki, bu serial qatil 2008-ci ildən Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndinin ərazisində yerləşən və ömürlük məhbuslar üçün nəzərdə tutulan "Qütb bayquşu" adlı xüsusi rejimli cəzaçəkmə müəssisəsində məhkumdur.
Yayılan xəbərə şərh verən "Meduza"-nın əməkdaşları xatırladıblar ki, Putinin əsas siyasi rəqibi, Rusiya müxalifətinin lideri olmuş Aleksey Navalnı da bu həbsxanada dünyasını dəyişib. O vaxt rusiyalı siyasətçinin silahdaşları bəyan etmişdilər ki, Navalnının öldürüldüyünə əmindirlər. Onlar ehtimal edirdilər ki, Navalnının qətli çoxsaylı qətllər törətmiş Aleksandr Piçuşkinin əli ilə həyata keçirilib.
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://reyting.az
archiveBu xəbər 07 Aprel 2025 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri