Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında müzakirə edilən məsələlərdən biri AMEA-nın Naxçıvan Bölməsinin 2024-cü ilə aid hesabatı olub.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışında qeyd edib ki, Naxçıvan Bölməsinin əməkdaşları Akademiya üzrə adambaşına düşən məqalə sayına görə ilk sırada qərarlaşıblar.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev illik hesabatı təqdim edib.
O bildirib ki, 2024-cü ildə bölmədə Azərbaycan Respublikası Prezidentinin, AR Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının fərman, sərəncam, qərar və məktublarından irəli gələn vəzifələr layiqincə icra edilib.
Bölmənin elmi-tədqiqat müəssisələrində Naxçıvanın tarixi, etnoqrafiyası, epiqrafikası, arxeologiyası, maddi mədəniyyəti, ədəbi mühiti, folkloru və əlyazmalarının toplanılması və tədqiqi istiqamətində araşdırmalar aparılıb.
Tədqiqatların 15 şöbə və 1 labоratоriyada 1 akademik, 2 müxbir üzv, 4 elmlər dоktоru, 17 fəlsəfə dоktоrunun iştirakı ilə 34 mərhələ üzrə aparıldığını deyən akademik İsmayıl Hacıyev 4 mühüm elmi nəticənin əldə olunduğunu söyləyib.
Məruzəçi “Yaşıl dünya naminə həmrəylik ili”, Məhəmməd Əmin Rəsulzadənin 140, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100, Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi, “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri” haqqında sənədlərdən irəli gələn vəzifələrlə əlaqədar görülmüş işləri təqdim edib.