Icma.az
close
up
RU
Naxçıvan alimlərinin milli elmə töhfələri

Naxçıvan alimlərinin milli elmə töhfələri

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında müzakirə edilən məsələlərdən biri AMEA-nın Naxçıvan Bölməsinin 2024-cü ilə aid hesabatı olub.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışında qeyd edib ki, Naxçıvan Bölməsinin əməkdaşları Akademiya üzrə adambaşına düşən məqalə sayına görə ilk sırada qərarlaşıblar. Bölmənin sədri, akademik İsmayıl Hacıyev illik hesabatı təqdim edib. O bildirib ki, 2024-cü ildə bölmədə Azərbaycan Respublikası Prezidentinin, AR Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının fərman, sərəncam, qərar və məktublarından irəli gələn vəzifələr layiqincə icra edilib. Bölmənin elmi-tədqiqat müəssisələrində Naxçıvanın tarixi, etnoqrafiyası, epiqrafikası, arxeologiyası, maddi mədəniyyəti, ədəbi mühiti, folkloru və əlyazmalarının toplanılması və tədqiqi istiqamətində araşdırmalar aparılıb. Tədqiqatların 15 şöbə və 1 labоratоriyada 1 akademik, 2 müxbir üzv, 4 elmlər dоktоru, 17 fəlsəfə dоktоrunun iştirakı ilə 34 mərhələ üzrə aparıldığını deyən akademik İsmayıl Hacıyev 4 mühüm elmi nəticənin əldə olunduğunu söyləyib.

Məruzəçi “Yaşıl dünya naminə həmrəylik ili”, Məhəmməd Əmin Rəsulzadənin 140, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100, Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi, “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri” haqqında sənədlərdən irəli gələn vəzifələrlə əlaqədar görülmüş işləri təqdim edib.

Qeyd olunub ki, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə “Naxçıvan ədəbi mühiti” fundamental kitabı nəşrə hazırlanmış, 29 icmal və oçerk tərtib edilib. Bölmə əməkdaşları “Taleyi və sənəti” seriyasından “Hüseyn Razi: taleyi və sənəti” adlı növbəti – 18- ci kitabı və “Görkəmli Azərbaycan şairi M.Füzuli” məqalələr toplusunu ərsəyə gətiriblər.

2024-cü ildə bölmə əməkdaşlarının 10 monoqrafiyası, 8 kitabı, 1 metodik vəsaiti, 207 elmi məqaləsi, 118 konfrans materialı və 4 tezisi olmaqla, ümumulikdə 348 elmi əsəri nəşr edilib. Əsərlərdən 35 məqalə, 19 konfrans materialı və 2 tezis (cəmi 56 əsər) xaricdə çap olunub. Məqalələrdən 6-sı Web of Science, 2-si Scopus, 1-i Ulakbimelmmetrik bazalarında olmaqla 15-i impakt faktorlu jurnalda dərc edilib. Hesabat dövründə bölmə əməkdaşlarının əsərlərinə 4085 istinad qeydə alınıb.

Akademik İsmayıl Hacıyev, həmçinin bölmə əməkdaşlarının elmmetrik göstə[1]ricilərini təqdim edib, kadr potensialı və kadr hazırlığı, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq və təltiflər, eləcə də bölmənin saytının və sosial şəbəkə he[1]sablarının fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb. 

Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Naxçıvan Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb və bölməyə müvafiq tapşırıqlar verilib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Yanvar 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri