“Naxçıvan birinci liderlik və inkişaf platforması” çərçivəsində təlim və intellektual oyun…
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Naxçıvan, 19 dekabr, AZƏRTAC Dekabrın 19-da Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvan birinci liderlik və inkişaf platforması” çərçivəsində təlim və intellektual oyun təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli liderlik bacarığına yiyələnmək üçün səbr, dözüm və özünüinkişaf amillərinin əhəmiyyətindən danışıb.
Bildirib ki, insan çalışdığı sahədən asılı olmayaraq, bütün məsələlərə özü cavabdehlik daşıyır.
Buna görə də hər kəs daim fərdi inkişafını diqqətdə saxlamalı, müasir dövrün tələbləri ilə uyğunlaşmalıdır.
İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmizdən sonra hər bir azərbaycanlı gəncin milli qürur hissinin daha da yüksəldiyini vurğulayan Fuad Nəcəfli, gənclərimizin qarşılarına qoyduqları məqsədə çatacaqlarına inandığını bildirib.
Səlahiyyətli nümayəndə qeyd edib ki, məqsədə çatmaq üçün hədəflərin davamlılığını da təmin etmək lazımdır.
“Naxçıvan Təlim Mərkəzi”nin İdarə heyətinin sədri Tağı Tağızadə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsində rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb.
Tam oxu
Xəbəri oxu