Icma.az
close
up
RU
“Naxçıvan birinci liderlik və inkişaf platforması” çərçivəsində təlim və intellektual oyun təşkil olunub AZƏRTAC

“Naxçıvan birinci liderlik və inkişaf platforması” çərçivəsində təlim və intellektual oyun təşkil olunub AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan, 19 dekabr, AZƏRTAC

Dekabrın 19-da Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvan birinci liderlik və inkişaf platforması” çərçivəsində təlim və intellektual oyun təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli liderlik bacarığına yiyələnmək üçün səbr, dözüm və özünüinkişaf amillərinin əhəmiyyətindən danışıb. Bildirib ki, insan çalışdığı sahədən asılı olmayaraq, bütün məsələlərə özü cavabdehlik daşıyır. Buna görə də hər kəs daim fərdi inkişafını diqqətdə saxlamalı, müasir dövrün tələbləri ilə uyğunlaşmalıdır.

İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmizdən sonra hər bir azərbaycanlı gəncin milli qürur hissinin daha da yüksəldiyini vurğulayan Fuad Nəcəfli, gənclərimizin qarşılarına qoyduqları məqsədə çatacaqlarına inandığını bildirib. Səlahiyyətli nümayəndə qeyd edib ki, məqsədə çatmaq üçün hədəflərin davamlılığını da təmin etmək lazımdır.

“Naxçıvan Təlim Mərkəzi”nin İdarə heyətinin sədri Tağı Tağızadə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsində rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, mərkəz muxtar respublikanın dövlət orqanlarında çalışan işçilərin peşəkar inkişafının dəstəklənməsi, gənclərin şəxsi və peşəkar inkişafı üçün müxtəlif mövzularda kursların təşkili və təlimlərin keçirilməsi, eyni zamanda, peşə qabiliyyətlərinin yüksəldilməsi məqsədilə fəaliyyət göstərir.

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini İlhamə Novruzova “Effektiv kommunikasiya və liderlik bacarıqları” mövzusunda təlim kecib. Təlim zamanı iştirakçılar interaktiv tapşırıqları icra ediblər.

Daha sonra iştirakçılar Azərbaycan Gənclər Fondunun Naxçıvan filialının təşkil etdiyi “Kim, Nə, Harada?” intellektual oyununa qatılıblar.

Təlimin gedişində fərqlənən iştirakçılara sertifikatlar, intellektual yarışın qaliblərinə isə mükafatlar təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see139

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri