Icma.az, Sfera.az portalına istinadən məlumat verir. Naxçıvan Hava Limanı: Bilet Birinci hissə.
Əgər dünyada 90-cı illərin ab-havasını qoruyub saxlamaq üçün muzey yaratmaq istəsələr, Naxçıvan Hava Limanı ideal namizəd olardı.
Çünki burada keçirdiyiniz hər dəqiqə sizi vaxt maşını ilə keçmişə aparır.
2025-ci ildə belə, Naxçıvanda təyyarə bileti almaq müasir texnologiyaların gətirdiyi rahatlıqdan uzaqdır.
Bilet əldə etmək istəyirsinizsə, əvvəlcə aerokassaya gedib uzun növbədə gözləməlisiniz.
Saatlarla gözlədikdən sonra kassadakı xanımlardan biri soyuqqanlılıqla bildirir: – Nə danışırsan? Yalnız iki həftədən sonra!
Bu, prosesin sadəcə başlanğıcıdır. İndi işə “adam” tapmaq mərhələsi başlayır.
“Adam” məsələsi həll olunandan sonra yenidən aerokassaya qayıdırsınız.