Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Naxçıvan Hava Limanında adi bir gün: Bilet növbələri... Emin Əfəndinin qələmindən

Naxçıvan Hava Limanında adi bir gün: Bilet növbələri... Emin Əfəndinin qələmindən

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Naxçıvan Hava Limanı: Bilet

Birinci hissə. 

Əgər dünyada 90-cı illərin ab-havasını qoruyub saxlamaq üçün muzey yaratmaq istəsələr, Naxçıvan Hava Limanı ideal namizəd olardı. Çünki burada keçirdiyiniz hər dəqiqə sizi vaxt maşını ilə keçmişə aparır.

2025-ci ildə belə, Naxçıvanda təyyarə bileti almaq müasir texnologiyaların gətirdiyi rahatlıqdan uzaqdır. Bilet əldə etmək istəyirsinizsə, əvvəlcə aerokassaya gedib uzun növbədə gözləməlisiniz. Saatlarla gözlədikdən sonra kassadakı xanımlardan biri soyuqqanlılıqla bildirir:


– Nə danışırsan? Yalnız iki həftədən sonra!

Bu, prosesin sadəcə başlanğıcıdır. İndi işə “adam” tapmaq mərhələsi başlayır. “Adam” məsələsi həll olunandan sonra yenidən aerokassaya qayıdırsınız. Burada isə başqa bir sürprizlə qarşılaşırsınız:


– Mənə heç kim, heç nə deməyib.

Lakin tanışlığınızın gücünə görə vəziyyət bir qədər irəliləyir. Amma indi də sizdən şəxsiyyət vəsiqəsinin surətini gətirmək tələb olunur. Şəxsiyyət vəsiqəsi yox, məhz surəti! Bütün müasir texnologiyaların mövcud olduğu bir dövrdə belə, aerokassada “bu mühüm işlə” məşğul olan mütəxəssis yerində olmadığından siz Naxçıvan küçələrində kseroks axtarmağa məcbur olursunuz.

Nəhayət, qayıdıb yenidən növbəyə durursunuz. Bilet çap olunur və siz rahat nəfəs almağa çalışırsınız. Amma həmin an Bakıda taksi sürücülərinin belə çoxdan unutduğu bir ifadə ilə qarşılaşırsınız:


– Nəğd ödəyə bilməzsən? Çöldə bankomat var, ya karta ata bilərsən.

Mən isə kədərli şəkildə masanın üstündə düz qabağımdakı heç kəsə lazım olmayan və illərlə öz şansını gözləyən post-terminal aparatına nəzər yetirirəm…

Bura qədər gəlib çıxan hər kəs üçün bu artıq “qələbə” sayılır.

Hava Limanında. İkinci hissə

Bütün bu mərhələləri keçdikdən sonra nəhayət Naxçıvan Hava Limanına çatırsınız. Burada isə fərqli bir aləmə düşürsünüz. Adam əlindən, daha doğrusu ayağından tərpənmək olmur. Sanki “Böyük Depressiya” zamanındakı Nyu-York birjasına, ya da Kuba inqilabından sonra ölkəni tərk edən xaricilər arasındasınız.

Yeni ili evdə keçirmək ümidi ilə gələn əsgərlər, yasa və yaxud toya tələsən ağbirçəklər, tələbələr, Bakıya Türkiyədən gələn qardaşlar və daha kimlər və kimlər… Naxçıvan əhalisinin qonaqpərvərliyi və səmimiyyətindən tamamilə fərqlənən bir ab-hava hökm sürür burada. Hava limanının əməkdaşları sanki paralel reallıqda yaşayırlar. Kimdənsə bir sual soruşmaq böyük bir nailiyyət sayılır – cavab ala bilmək isə artıq möcüzədir.

Biz hava limanına bir neçə reysin təxirə salındığı vaxtda gəldik. Ola bilsin ki, bəzi problemlər məhz bu vəziyyətdən qaynaqlanırdı. Reysin təxirə salınması və insanların buna hazır olmaması böhran vəziyyəti yaratmışdı. Belə hallarda hazırlıqlı olmaq vacibdir. Çünki məhz böhran vəziyyətlərində bütün çatışmazlıqlar üzə çıxır.

Nəysə, başımız çox ağrıdı. Bəzilərimiz baş ağrısı dərmanı tapmaq üçün aptek axtarmaq qərarına gəldi. Lakin aptek soruşduğumuz əməkdaşın cavabı Cem Yılmazın və hətta rəhmətlik Jvanetskinin dilinə düşə biləcək qədər gülməli və düşündürücü oldu:


(Naxçıvan ləhcəsi ilə oxu)


– Bədbəxt, bu aeroportda camaat təyyarə tapa bilmir, sən aptek axtarırsan!

Hələ bu da son deyil. İkinci mərtəbədəki kafedə yemək üçün əyləşdik. Lakin məlum oldu ki, menyuda olan yeganə seçim – sosiska çörək – artıq bitib. Yemək üçün, deyəsən, həqiqətən də Bakıya uçmaq lazım idi.

Miri Yusif konserti. Üçüncü hissə. 


Bütün bu hadisələrə baxmayaraq, Naxçıvan əhalisinin səmimiyyəti və qonaqpərvərliyi hər çətinliyi unudurdu. Bu insanlar sanki qədim nəciblik ruhunun daşıyıcılarıdır. Onların yardıma hər zaman hazır olması və mehribanlığı hava limanındakı qeyri-adi təcrübələri belə kölgədə qoyur.

Bu arada, bütün bu macəralar fonunda möhtəşəm Naxçıvan konsertimiz baş tutdu! Yanvarın 3-də Naxçıvan Administrasiyası, Naxçıvan şəhər icra hakimiyyəti və əziz Naxçıvanlıların dəstəyi sayəsində unudulmaz bir gecə yaşadıq. Miri Yusif və bütün komandamız adından doğma Naxçıvanlılara bizə bəxş etdikləri tükənməz enerji və isti qəbula görə dərin minnətdarlığımızı bildiririk.

Həqiqətən də, Naxçıvanın havası, suyu və tamaşaçı sevgisi ayrı bir möcüzədir.

Hörmətli AZAL, bu insanlar hava limanındakı çətinliklərə layiq deyillər. Onlar daha yaxşı sistemləri haqq edirlər. Amma bütün bunlara baxmayaraq, Naxçıvan həmişə ürəyimizdə xüsusi bir yer tutacaq – hətta hava limanındakı macəralarla belə.

Emin Əfəndi

Sfera.az 

Yazıları Emin Əfəndinin teleqram kanalından izləyə bilərsiniz: //t.me/efendi19

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 Yanvar 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see248

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see202

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see163

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see155

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see139

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri