Naxçıvan MR Ali Məclisinin plenar iclası

26.11.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Noyabrın 25-də Naxçıvan Muxtar Res­publikası Ali Məclisi sədrinin birinci müa­vini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin 2026-cı il payız sessiyasının növbəti iclası keçirilib. 

İclasın gündəliyinə 4 məsələnin daxil edildiyi bildirilib. 

Gündəlik qəbul olunduqdan sonra Bəxtiyar Məmmədov qeyd edib ki, Ali Məclis komitələ­rinin birgə iclasında “Naxçıvan Muxtar Respub­likasının 2027-ci il büdcəsi haqqında” qanun layihəsinin komitə sədrləri, sədr müavinləri və üzvlərinin, muxtar respublikanın aidiyyəti dövlət orqanları nümayəndələrinin və digər rəsmi şəxs­lərin iştirakı ilə müzakirəsi aparılıb və layihənin Ali Məclisin növbəti iclasına təqdim olunması qərara alınıb. 

Layihə barədə İqtisadi siyasət komitəsinin sədri Mübariz Bayramov və Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayı­lov ətraflı məlumat veriblər. Sonra Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Ha­fiz İsmayılbəyli layihə ilə bağlı Palatanın rəyini diqqətə çatdırıb. 

Müzakirələrdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Gündəlikdə duran növbəti məsələlərin müza­kirəsi zamanı Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev tərəfindən “Naxçıvan Muxtar Res­publikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Ni­zamnaməsi”ndə dəyişiklik edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respub­likasının Qanununda dəyişiklik edilməsi barədə” və “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublika­sının 2026-cı il 14 iyul tarixli 25-VII QN nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Naxçı­van Muxtar Respublikasının qanun layihələri ilə bağlı məlumat verilib. 

Qanun layihələri səsə qoyularaq ikinci oxu­nuşda qəbul olunub. 

Bununla da Ali Məclisin iclası başa çatıb.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью