Naxçıvan MR Ali Məclisinin plenar iclası
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin 2026-cı il payız sessiyasının növbəti iclası keçirilib.
İclasın gündəliyinə 4 məsələnin daxil edildiyi bildirilib.
Gündəlik qəbul olunduqdan sonra Bəxtiyar Məmmədov qeyd edib ki, Ali Məclis komitələrinin birgə iclasında “Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcəsi haqqında” qanun layihəsinin komitə sədrləri, sədr müavinləri və üzvlərinin, muxtar respublikanın aidiyyəti dövlət orqanları nümayəndələrinin və digər rəsmi şəxslərin iştirakı ilə müzakirəsi aparılıb və layihənin Ali Məclisin növbəti iclasına təqdim olunması qərara alınıb.
Layihə barədə İqtisadi siyasət komitəsinin sədri Mübariz Bayramov və Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov ətraflı məlumat veriblər. Sonra Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli layihə ilə bağlı Palatanın rəyini diqqətə çatdırıb.
Müzakirələrdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Gündəlikdə duran növbəti məsələlərin müzakirəsi zamanı Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının 2026-cı il 14 iyul tarixli 25-VII QN nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihələri ilə bağlı məlumat verilib.
Qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Bununla da Ali Məclisin iclası başa çatıb.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 26 Noyabr 2026 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















