Naxçıvan Qanlı Yanvar günlərində | Icma.az
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Qədim diyar erməni işğalından necə xilas edilmişdi?
1990-cı ildə Bakıda törədilmiş Qanlı Yanvar cinayəti Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizə tarixində ən böyük imtahanı idi.
Bu hadisələr xalqımızın bir tərəfdən azadlıq və müstəqillik uğrunda mübarizəsini yenidəcə boğmaq istəyi idisə, digər tərəfdən, ölkəmizin ərazi bütövlüyünə uzanan çirkin əllərin işğalçılıq siyasətinin reallaşmasına hesablanmışdı.
Yanvarın 18-də SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə muxtar respublikanın Sədərək rayonunun Kərki kəndinin ermənilər tərəfindən işğal olunması, bir gün sonra isə həmin SSRİ ordusunun müxtəlif silahlı birləşmələri tərəfindən Bakıda qanlı faciələr törədilməsi bunu bir daha sübut edir.
Yanvar faciəsindən bir gün əvvəl (yanvarın 18-də Kərki işğal olunub, 19-dan 20-nə keçən gecə isə Bakıda kütləvi qırğın törədilib – S.H) Kərki kəndinin işğal edilməsi Sədərək vasitəsilə Naxçıvana hücumların yolunu acırdı.
Kərkinin Naxçıvandan aralı düşməsi, Naxçıvanın isə Azərbaycanın əsas ərazilərindən aralı düşməsi işğalçıları bu mənfur planı həyata keçirməsinə şirnikləşdirmişdi.
Əslində isə bu xain plan hələ illər öncə cızılmışdı və Kərki kəndinin muxtar respublika ərazilərindən aralı düşməsi bunun göstəricisi idi.
Vaxtı ilə Zaqafqaziya SFSR MİK Rəyasət heyətinin 18 fevral 1929-cu il tarixli qərarına görə, Azərbaycanın Naxçıvan MSSR ərazisindən 657 kvadratkilometr və ya 65,7 min hektar torpaq sahəsi Ermənistana verilmişdir.
Tam oxu
Xəbəri oxu