Naxçıvan sakinlərinin NƏZƏRİNƏ!

09.09.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Naxçıvan Muxtar Respublikasında musiqi və incəsənət məktəblərində boş qalan yerlərə şagird qəbulu elan olunur.

Muxtar Respublikanın Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, nazirlik sistemində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində boş qalan yerlərə şagird qəbulu 10-13 sentyabr tarixlərini əhatə edəcək.

Müsabiqədə yalnız cari tədris ili üzrə qəbul imtahanında iştirak edərək 50 və daha yuxarı bal toplamış, ixtisas və məktəb seçimi etməmiş, həmçinin əvvəlki mərhələdə qəbul müsabiqəsi çərçivəsində keçid balı toplamış, lakin ixtisas və məktəb seçimi edərək qəbul ola bilməmiş namizədlər iştirak edə bilərlər.

Boş yerlər Naxçıvan şəhəri ilə yanaşı, Babək, Şahbuz, Culfa, Ordubad və Şərur şəhərlərində, eləcə də Cəhri, Qıvraq, Nehrəm qəsəbələrində, Şıxmahmud, Zeynəddin, Kolanı, Ələkli kəndlərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərini əhatə edir.

Namizədlər, əsasən, musiqi istiqaməti üzrə fortepiano, violin, tar, kamança, qanun, saz, qarmon, nağara, vokal ixtisasları üzrə boş yerlər üçün seçim edə bilərlər.

Qeydiyyat "MyCulture" şəxsi kabineti vasitəsi ilə onlayn formada aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью