Naxçıvan sakinlərinin NƏZƏRİNƏ!
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Naxçıvan Muxtar Respublikasında musiqi və incəsənət məktəblərində boş qalan yerlərə şagird qəbulu elan olunur.
Muxtar Respublikanın Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, nazirlik sistemində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində boş qalan yerlərə şagird qəbulu 10-13 sentyabr tarixlərini əhatə edəcək.
Müsabiqədə yalnız cari tədris ili üzrə qəbul imtahanında iştirak edərək 50 və daha yuxarı bal toplamış, ixtisas və məktəb seçimi etməmiş, həmçinin əvvəlki mərhələdə qəbul müsabiqəsi çərçivəsində keçid balı toplamış, lakin ixtisas və məktəb seçimi edərək qəbul ola bilməmiş namizədlər iştirak edə bilərlər.
Boş yerlər Naxçıvan şəhəri ilə yanaşı, Babək, Şahbuz, Culfa, Ordubad və Şərur şəhərlərində, eləcə də Cəhri, Qıvraq, Nehrəm qəsəbələrində, Şıxmahmud, Zeynəddin, Kolanı, Ələkli kəndlərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərini əhatə edir.
Namizədlər, əsasən, musiqi istiqaməti üzrə fortepiano, violin, tar, kamança, qanun, saz, qarmon, nağara, vokal ixtisasları üzrə boş yerlər üçün seçim edə bilərlər.
Qeydiyyat "MyCulture" şəxsi kabineti vasitəsi ilə onlayn formada aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 09 Sentyabr 2026 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















