Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında onkoloji xəstələrdən ödəniş tələb olunduğu iddia edilir.Bu şikayətlə Bizim.Media-ya Naxçıvan Dövlət Universitetinin müəllimi Günay Məmmədova müraciət edib.
Onun sözlərinə görə 5 ildir övladı onkoloji xəstəlikdən əziyyət çəkir və 3 aydan bir Naxçıvan Muxtar Respublika Xəstəxanasında qan təhlillərindən keçir.
Amma uzun müddətdir ki, xəstəxanada qan təhlilləri ödənişlidir:“3 aydan bir övladımı xəstəxanaya aparıb müayinələrdən keçirirəm.
Maaşımızdan sığorta pulu tutulur. Həmçinin onkoloji xəstələr haqqında Dövlət Proqramı mövcuddur.
Ancaq, buna baxmayaraq analizlər ödənişlidir. Bir analiz üçün 7 manat tələb edilir.
5-6 qan nümunəsindən analiz veriləndə 35-40 manat pul edir. Axı problem tək bununla da bitmir.
Dəfələrlə aidiyyəti qurumların rəsmi səhifələrinə müraciət ünvanlamışam. Amma cavab yoxdur.