Icma.az
close
up
RU
Naxçıvan Xəstəxanasından ŞİKAYƏT Onkoloji xəstələrdən ödəniş tələb olunur

Naxçıvan Xəstəxanasından ŞİKAYƏT Onkoloji xəstələrdən ödəniş tələb olunur

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan Muxtar Respublika Xəstəxanasında onkoloji xəstələrdən ödəniş tələb olunduğu iddia edilir.
Bu şikayətlə Bizim.Media-ya Naxçıvan Dövlət Universitetinin müəllimi Günay Məmmədova müraciət edib. Onun sözlərinə görə 5 ildir övladı onkoloji xəstəlikdən əziyyət çəkir və 3 aydan bir  Naxçıvan Muxtar Respublika Xəstəxanasında qan təhlillərindən keçir. Amma uzun müddətdir ki, xəstəxanada qan təhlilləri ödənişlidir:
“3 aydan bir övladımı xəstəxanaya aparıb müayinələrdən keçirirəm. Maaşımızdan sığorta pulu tutulur. Həmçinin onkoloji xəstələr haqqında Dövlət Proqramı mövcuddur. Ancaq, buna baxmayaraq analizlər ödənişlidir. Bir analiz üçün 7 manat tələb edilir. 5-6 qan nümunəsindən analiz veriləndə 35-40 manat pul edir. Axı problem tək bununla da bitmir. Dəfələrlə aidiyyəti qurumların rəsmi səhifələrinə müraciət ünvanlamışam. Amma cavab yoxdur. Tək mən deyiləm, bu problemlə bağlı şikayət edənlər çoxdur”.
 

Məsələ ilə bağlı “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi”nə müraciət etdik. Amma, sözügedən qurum məsələ ilə bağlı heç bir açıqlama verməyəcəyini bildirdi.


Məlumat üçün bildirək ki, 2006-cı ildə qəbul edilən "Onkoloji yardım haqqında" qanunun 4-cü maddəsinin 4.3 bəndində qeyd edilib ki, hər bir Azərbaycan vətəndaşı olan onkoloji xəstənin tibbi yardımı dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Elə həmin qanunun 12-ci maddəsinin 12.1 bəndində onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinə və müalicəsi üzrə tədbirlərin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirildiyi yazılıb. Bu qanunların icrası üçün dövlət büdcəsindən 2007-ci ildən vəsait ayrılır.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq Azad Kərimlinin açıqlamasına görə 2023-cü ilin statistik məlumatlarına əsasən, hazırda ölkədə rəsmi olaraq 69 min 435 nəfər onkoloji xəstə kimi qeydiyyatdadır.

Şübhəsiz ki, 2024-cü ildə bu statistika da artıb…
Ümumdünya Səhiyyə Təşkilatının proqnozlarına görə, 2050-ci ilə qədər hər il 35 milyon  xərçəng xəstəsi qeydə alınacaq,
Aygün Hüseyn, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Fevral 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see268

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see243

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see160

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see151

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see136

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see124

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri