Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. Bələdiyyə seçkiləri Naxçıvan Muxtar Respublikasında 6 dairə, 330 məntəqə üzrə 44 bəl
Həmin dairələrdə, ümumilikdə, 286 min 956 seçici qeydiyyata alınıb ki, onlardan 1889-u ilk dəfə səsvermə hüququndan istifadə edəcək.
SİA Naxçıvan Tibb Kollecində yerləşən və 1262 seçicinin qeydə alındığı 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 12 saylı məntəqəsində prosesi izləyib.
Bu məntəqədə seçkilərin yüksək əhvali-ruhiyyədə keçməsi, şəffaflığın təmin olunması, yerli müşahidəçilərin, eləcə də media nümayəndələrinin prosesi sərbəst izləməsi üçün əlverişli şərait yaradılıb, veb-kamera quraşdırılıb.
4 saylı Naxçıvan şəhər seçki dairəsinin sədri Ramil Sadiqovun verdiyi məlumata görə, dairə üzrə 44 məntəqə fəaliyyət göstərir.
Həmin məntəqələrin 4-də veb-kameralar quraşdırılıb. Dairə üzrə 46 mindən çox seçici qeydiyyata alınıb ki, onlardan 237-si ilk dəfə səsvermə
Digər seçki dairələrinə gəlincə, 1 saylı Şərur-Sədərək seçki dairəsinin Sədərək rayonu üzrə 11 seçki məntəqəsi yaradılıb.
Dairə üzrə seçicilərin sayı 48 min 81 nəfərdir. Onların 35 min 49-u Şərur, 13 min 32-si Sədərək rayonunun payına düşür.