Icma.az
close
up
RU
Naxçıvanda 970 namizəd mübarizə aparır

Naxçıvanda 970 namizəd mübarizə aparır

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Bələdiyyə seçkiləri Naxçıvan Muxtar Respublikasında 6 dairə, 330 məntəqə üzrə 44 bələdiyyəni əhatə edir. Həmin dairələrdə, ümumilikdə, 286 min 956 seçici qeydiyyata alınıb ki, onlardan 1889-u ilk dəfə səsvermə hüququndan istifadə edəcək. SİA Naxçıvan Tibb Kollecində yerləşən və 1262 seçicinin qeydə alındığı 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 12 saylı məntəqəsində prosesi izləyib. Bu məntəqədə seçkilərin yüksək əhvali-ruhiyyədə keçməsi, şəffaflığın təmin olunması, yerli müşahidəçilərin, eləcə də media nümayəndələrinin prosesi sərbəst izləməsi üçün əlverişli şərait yaradılıb, veb-kamera quraşdırılıb.

4 saylı Naxçıvan şəhər seçki dairəsinin sədri Ramil Sadiqovun verdiyi məlumata görə, dairə üzrə 44 məntəqə fəaliyyət göstərir. Həmin məntəqələrin 4-də veb-kameralar quraşdırılıb. Dairə üzrə 46 mindən çox seçici qeydiyyata alınıb ki, onlardan 237-si ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

Digər seçki dairələrinə gəlincə, 1 saylı Şərur-Sədərək seçki dairəsinin Sədərək rayonu üzrə 11 seçki məntəqəsi yaradılıb. Dairə üzrə seçicilərin sayı 48 min 81 nəfərdir. Onların 35 min 49-u Şərur, 13 min 32-si Sədərək rayonunun payına düşür. Məntəqələrdə 343 seçici ilk dəfə səs verəcək.

2 saylı Şərur-Kəngərli seçki dairəsində isə 57 daimi, 1 müvəqqəti seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrin 42-si Şərur rayonundadır. Dairə üzrə 50 min 224 seçici qeydə alınıb ki, onlardan 353-ü ilk dəfə səs verəcək. Seçkilərə yüksək hazırlıq işləri görülüb, məntəqələrdə veb-kameralar quraşdırılıb və seçkilərin gedişatını internet vasitəsilə izləmək mümkündür.

3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsi üzrə 64 seçki məntəqəsi fəaliyyət göstərir. Həmin məntəqələrdən 29-u Babək, 29-u Şahbuz, 6-sı Kəngərli rayonu ərazisində yerləşir. Dairə üzrə 47 min 95 seçici qeydə alınıb ki, onlardan 24 min 454-ü Babək, 16 min 779-u Şahbuz, 5862-i isə Kəngərli rayonunun sakinləridir.

5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsi üzrə 47 məntəqə yaradılıb, həmin məntəqələrin 5-də veb-kamera quraşdırılıb. Dairə üzrə seçicilərin sayı 48 min 875 nəfərdir ki, onlardan 22 min 358-i Babək rayonunun, 13 min 678-i Naxçıvan şəhərinin, 12 min 839-u Culfanın payına düşür. Dairə üzrə ilk dəfə səs verənlərin sayı 79 nəfərdir.

6 saylı Ordubad-Culfa seçki dairəsi üzrə 63 seçki məntəqəsi fəaliyyət göstərir. Bu dairənin əhatə etdiyi ərazilər üzrə 45 min 841 seçici qeydə alınıb ki, onların 274-ü ilk dəfə olaraq seçkidə iştirak edir. Ordubad rayonu üzrə 42 məntəqədə seçicilər öz namizədlərinə səs verirlər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında 44 bələdiyyə üzrə 512 yer uğrunda 970 namizəd mübarizə aparır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Yanvar 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see363

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see335

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see311

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see306

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see304

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see292

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see286

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see281

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see279

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see257

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see235

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see229

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see226

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see225

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see225

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see223

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see208

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see207

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see205

Azərbaycan Sarayevoda ənənəvi Diplomatik Qış Bazarı xeyriyyə yarmarkasında təmsil olunub

22 Noyabr 2026 00:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri