Naxçıvanda bu eybəcər yerlər bağlandı | Icma.az
Icma.az, GlobalInfo saytına istinadən bildirir. “Qədim tarixə malik Naxçıvan strateji nöqtədə yerləşir.
Ora türkün Turana açılan qapısı, yeni dünya düzəninin açarı, Şərqlə Qərbi birləşdirən yeni kommunikasiya xətlərinin keçdiyi yerdir”.
Bu sözləri Globalinfo.az-a jurnalist Tural Səfər son 20 ildə Naxçıvanda baş verən proseslər haqqında danışarkən deyib.
O qeyd edib ki, Naxçıvan zaman-zaman cəsarətli qərarların qəbul olunduğu yer kimi tarixə düşüb: “1990-cı ildə SSRİ tərkibindən çıxan ilk respublika, hələ sovet dövründə müstəqilliyimizi elan etməmişdən əvvəl üçrəngli bayrağımızın dalğalandırıldığı ilk şəhərdir.
Həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev Naxçıvana hər zaman böyük diqqət və qayğı göstəriblər.
Prezident Heydər Əliyev Naxçıvanda olarkən Bakıdan gəlmiş nazirlərə göstəriş vermişdi ki, vaxtaşırı Naxçıvana gəlsinlər, burada məsələlərlə məşğul olsunlar, lazımi köməyi göstərsinlər.
Bu, Naxçıvanın strateji əhəmiyyətinə Prezidentin verdiyi önəmin göstəricisidir.
2004-cü ildə Prezident İlham Əliyev Azərbaycanın yaxın 30 illik inkişaf yolunu artıq müəyyən etmişdi.
Tam oxu
Xəbəri oxu