Icma.az
close
up
RU
Naxçıvanda bu eybəcər yerlər bağlandı

Naxçıvanda bu eybəcər yerlər bağlandı

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“Qədim tarixə malik Naxçıvan strateji nöqtədə yerləşir. Ora türkün Turana açılan qapısı, yeni dünya düzəninin açarı, Şərqlə Qərbi birləşdirən yeni kommunikasiya xətlərinin keçdiyi yerdir”.

Bu sözləri Globalinfo.az-a jurnalist Tural Səfər son 20 ildə Naxçıvanda baş verən proseslər haqqında danışarkən deyib.

O qeyd edib ki, Naxçıvan zaman-zaman cəsarətli qərarların qəbul olunduğu yer kimi tarixə düşüb:

“1990-cı ildə SSRİ tərkibindən çıxan ilk respublika, hələ sovet dövründə müstəqilliyimizi elan etməmişdən əvvəl üçrəngli bayrağımızın dalğalandırıldığı ilk şəhərdir. Həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev Naxçıvana hər zaman böyük diqqət və qayğı göstəriblər.

Prezident Heydər Əliyev Naxçıvanda olarkən Bakıdan gəlmiş nazirlərə göstəriş vermişdi ki, vaxtaşırı Naxçıvana gəlsinlər, burada məsələlərlə məşğul olsunlar, lazımi köməyi göstərsinlər. Bu, Naxçıvanın strateji əhəmiyyətinə Prezidentin verdiyi önəmin göstəricisidir.

2004-cü ildə Prezident İlham Əliyev Azərbaycanın yaxın 30 illik inkişaf yolunu artıq müəyyən etmişdi. O, həm Qarabağın azad edilməsini, həm də Zəngəzur dəhlizinin açılmasını planlaşdırmışdı. Prezidentin müdrikliyi Naxçıvanın bugünkü əhəmiyyətini hələ o zaman görməyə imkan vermişdi. Ona görə də Naxçıvana xüsusi qayğı göstərir və Azərbaycanın nazirlərindən də muxtar respublikaya diqqət yetirməyi tələb edirdi”.

Jurnalist qeyd edib ki, son 20 ildə Naxçıvana rəhbərlik edənlər –Vasif Talıbov, Fuad Nəcəfli regionun strateji əhəmiyyətini və Prezidentin muxtar respublika ilə bağlı planlarını anlaya bilmədilər, tapşırıqları layiqincə yerinə yetirmədilər:

“İfrat təkəbbür və yarıtmaz fəaliyyət Naxçıvanla bağlı əksər planları pozdu, Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarının tədbirlərini həyata keçirməsinə mane oldu. Vasif Talıbov və Fuad Nəcəflinin dövrlərindəki nöqsanlar, naxçıvanlılara yaşatdıqları çətinliklər, korrupsiya halları haqqında danışmağa gərək yoxdur, əksəriyyət bilir.

Noyabrın 12-də Prezident İlham Əliyev Ceyhun Cəlilovu Naxçıvana yeni səlahiyyətli nümayəndə təyin etdi. Naxçıvan əhalisi Prezidentin bu qərarını minnətdarlıqla qarşıladı. Beləliklə, Naxçıvanın problemlərinin qısa zaman ərzində həll olunacağına, regionun inkişafı istiqamətində ciddi addımlar atılacağına, 2023-2028-ci illəri əhatə edən sosial-iqtisadi inkişaf dövlət proqramının uğurla icra olunacağına və yeni iş yerlərinin açılacağına ümid yarandı. C.Cəlilovun nazir və baş nazir kimi muxtar respublikadakı 3 illik fəaliyyəti buna əsas verir”.

T.Səfərli deyib ki, yeni rəhbərlik mənəvi məsələlərdən başlayıb:

“Mühafizəkar Naxçıvanda insanları ciddi şəkildə narahat edən əsas məsələ öz həllini tapıb. Kafe və pab adı ilə açılmış eybəcər yerlər bağlanıb. Bu, naxçıvanlıların yeni səlahiyyətli nümayəndədən ilk gözləntisi idi və özünü doğrultdu. Naxçıvanlıların problemlərinin həlli üçün işçi qrupları yaradılıb, kadr dəyişikliklərinə başlanılıb. Səhiyyəni darmadağın edən nazir artıq vəzifəsindən çıxarılıb. İnanırıq ki, yeni dönəmdə müxtəlif vəzifələrə dost, tanış və qohum yox, layiqli kadrlar təyin olunacaq. Yeni rəhbərlik əminlik yaradan siyasət yürüdərək Naxçıvan əhalisinin inamını möhkəmləndirəcək. Asan olmayacaq…

Keçmiş rəhbərlikdən qalan “zəlzələdən sonra çökmüş bina” kimi mirası əvvəlcə təmizləmək, sonra yeni binanı qurmaq lazımdır. Naxçıvanın müasir idarəetmə sistemi formalaşarkən, kadr seçimi zamanı müqavimət, sabotaj və manipulyativ xəbərlər ola bilər. Bu zaman bütün əhali Prezidentin nümayəndəsinə inanmalı, onun arxasında dayanmalıdır ki, muxtar respublikanı yeni inkişaf mərhələsinə tez çatdıra bilək”.

Müsahibimizin fikrincə, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan logistik mərkəzə çevriləcək:

“Cəmi 1-2 il ərzində region bu mərhələyə hazırlanmalıdır. Naxçıvanda “göstəriş üçün işləmək” dövrü bitib, real iş dövrü başlayıb. İntriqa, yalan vədlər dövrü bitib, sabit idarəçilik və dürüstlük dövrü başlayıb. Səlahiyyətsiz rəhbərlər dövrü bitib, hər kəs öz vəzifəsinə görə iş görməyə başlayıb. Mənasız iclaslar, nəticəsiz müşavirələr dövrü bitib. İndi konkret iş və nəticə tələb olunur. İş adamları üçün geniş imkanlar açılır, tikinti və investisiya layihələri sürətlənir. Bir sözlə, Naxçıvanda yarıtmaz idarəçilik dövrü başa çatıb, uğurlu fəaliyyət dövrü başlayıb. İlkin nəticələr buna əsas verir. Gələcəkdə nə baş verəcəyini və naxçıvanlıların inamının əminliyə çevrilib-çevrilməyəcəyini zaman göstərəcək”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri