Icma.az, Azertag saytına istinadən bildirir. Naxçıvan, 29 noyabr, AZƏRTAC Noyabrın 29-da Naxçıvanda “İqlim dəyişikliyinin kənd təsərrüfatını
O qeyd edib ki, dünyada baş verən qlobal istiləşmə, quraqlıqların artması aqrar sektora, nəticədə, ərzaq təhlükəsizliyi təminatına da mənfi
Təbii ki, bu, Naxçıvan iqtisadiyyatına da təsirsiz ötüşmür. Çünki kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının əsasını təşkil edir.
Bu səbəbdən də muxtar respublikada ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi prioritet məsələlər sırasındadır.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” Naxçıvanda bu sahədə atılacaq addımların təməlini təşkil edir.
Sözügedən proqramda regionda ekoloji tarazlığın və bioloji müxtəlifliyin qorunması, yaşıllıqların mühafizəsi və artırılması əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib.
Bu da muxtar respublikada iqlim dəyişikliklərinin ətraf mühit komponentlərinə təsirlərinin minimuma endirilməsi işinə mühüm töhfə verəcək.
Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova bildirib ki, məqsəd COP29-dan sonra iqlim dəyişikliyi ilə mübarizədə görüləcək tədbirlərin birgə müzakirəsini aparmaqdır.